Yuxarı

Maskadan istifadə etməyən sürücülər cərimələnir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maskadan istifadə etməyən sürücülər cərimələnir?

Sükan arxasında olarkən tibbi maskadan istifadə etməyən sürücülərin nəzarət kameraları ilə müəyyən edilməsi və belə sürücülərə qarşı cərimənin tətbiq edilməsi barədə yayılan məlumatlara aydınlıq gətirilib.

Axar.az Trend-ə istinadla xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü Anar Qasımlı maskadan istifadə etməyən sürücülərin yollarda quraşdırılan nəzarət kameraları ilə müəyyən edilməsi və belə sürücülərin cərimələnməsi barədə yayılan məlumatlar şayiə olduğunu bildirib.

"Təbii ki, maskasız çölə çıxmaq karantin qaydalarının pozulmasıdır. Maska virusun yayılmaması üçün vacibdir. Buna görə də qoruyucu vasitələrdən istifadə etmək məqsədə müvafiqdir. Amma sürücülərin sükan arxasında maskadan istifadə etməməsinə görə məsuliyyət nəzərdə tutulmur. Belə hallarda polis əməkdaşlarının vəzifəsi ondan ibarətdir ki, sürücülərə yaxınlaşaraq onlara maskadan istifadə etməsini xatırlatsınlar", - o deyib.

A.Qasımlının sözlərinə görə, avtomobillərə elektron protokol tərtib edilə bilməz:

"Tətbiq olunan məhdudiyyətlər vətəndaşlarla bağlıdır. Nazirlər Kabinetinin son qərarında avtomobillərin hərəkəti ilə bağlı heç nə yoxdur. Əgər icazə əsasında küçəyə çıxırsa və şəxsi avtomobilindən istifadə edirsə, bununla bağlı bir problem yoxdur. Cərimə avtomobilin idarəedilməsinə görə deyil, karantin qaydalarının pozulmasına görə olur".

A.Qasımlı nəzərə çatdırıb ki, ümumilikdə karantinlə şayiələrin yayılması da inzibati məsuliyyətə səbəb olur:

"Belə hala görə həm cərimə cəzası, həm də həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilə bilər. Buna görə də vətəndaşları şayiə yaymamağa çağırıram".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.

Tarix
2020.04.03 / 11:22
Müəllif
Axar.az
Digər xəbərlər

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan

İlham Əliyev iki ölkə liderini təbrik etdi

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

Vətən müharibəsində xalq buna şahid oldu - Deputat

İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

2026-da Azərbaycan və Rusiya əlaqələri necə olacaq?

Zakir Həsənov şəxsi heyəti təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla