Yuxarı

Qırmızı kitaba düşən quşları ovlayan şəxs tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qırmızı kitaba düşən quşları ovlayan şəxs tutuldu

Daxili İşlər Nazirliyi (DİN) Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsi ilə Qızılağac Milli Parkının əməkdaşları ekoloji cinayətləri törədənlərə qarşı birgə uğurlu reyd keçiriblər.

Axar.az xəbər verir ki, Masallı rayonu Qədirli kəndində Qızılağac Milli Parkının xüsusi mühafizəsinin hüquqi rejimi tətbiq edilən zonasında olan Böyük körfəz su sahəsində qanunsuz ov edən həmin kəndin sakini, 1968-ci il təvəllüdlü Çingiz Əməs oğlu Əmiraslanov saxlanılıb. Yoxlama zamanı ondan 1 ədəd taxta qayıq, 1 ədəd taxta avar, 1 ədəd qoşalüləli sənədsiz və nömrəsiz ov silahı və həmin ov silahı ilə qanunsuz ovladığı 1 ədəd adi qaşqaldaq, 2 ədəd ördək və 1 ədəd qırmızı kitaba düşən sultan toyuğu quşları aşkar edilərək maddi sübut kimi götürülüb. Nəticədə təbiətə dəymiş maddi ziyanın məbləği 1039 manat 50 qəpik müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2020.04.07 / 14:42
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda "Türk Dünyası Həftəsi" başladı

Rəsmi Bakıdan İsrailə reaksiya: Qəbuledilməzdir!

Bakıya kömək edənlərin “erməni soyqırımı” addımı... - Xaçikyan

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla