Yuxarı

Bakıda maşın oğrularına qarşı əməliyyat - Həbslər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda maşın oğrularına qarşı əməliyyat - Həbslər

Paytaxt polisi avtomobil oğrularına qarşı əməliyyat keçirib.

Axar.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, martın 6-da Bəhrəm Dadaşova məxsus qaçırılan VAZ-2106 markalı avtomobil həmin gün Maştağa qəsəbəsində dövlət qeydiyyat nişanları oğurlanmış vəziyyətdə tapılıb.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçıran Bakı sakinləri Salman Məhərrəmov və Vüsal Nağıyev tutulub. Onlardan avtomobilin oğurlanmış dövlət qeydiyyat nişanları götürülüb.

Maşın oğrularının eyni zamanda martın 5-də Sevda Kazımovaya məxsus VAZ-2104 markalı avtomobili qaçırdıqları da məlum olub.

***

Digər bir avtomobil oğurluğu Xəzər rayonu ərazisində baş verib. Fevralın 4-də avtomobil qaçırdığına görə tutulan Hüseyn Cəfərlinin eyni zamanda Namiq Hümbətova məxsus VAZ-2106 markalı avtomobili qaçırdığı da məlum olub.

Tarix
2015.03.09 / 15:25
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla