Yuxarı

Biləsuvarda daha 4 nəfər saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Biləsuvarda daha 4 nəfər saxlanıldı

Biləsuvarda karantin qaydalarını pozan 4 nəfər saxlanılıb.

Axar.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq Biləsuvar rayonunun giriş hissəsində yaradılmış stasionar postda "Kia Rio" markalı avtomobilin sürücüsünə "saxla" əmri verilsə də, o, bu əmrə tabe olmayaraq hərəkəti davam etdirib.

Biləsuvar rayonu ərazisində polis əməkdaşları tərəfindən həmin avtomobil saxlanıldıqdan sonra isə sürücü və maşında olan digər 3 nəfər şəxs düşərək qaçmağa cəhd ediblər. Həmin şəxslər dərhal Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətiriliblər.

Saxlanılarkən onların Bakı sakini Ə.Mustafazadə, Qax rayon sakini S.Əhmədov, Ağcabədi rayon sakini O.Məhərrəmov və Füzuli rayon sakini K.Gülhüseynzadə olduqları müəyyən edilib və rayon məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunublar.

Tarix
2020.05.03 / 00:14
Müəllif
Axar.az
Digər xəbərlər

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Azərbaycandan sonra ən vacib səfərim... - Vuçiç

Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər

İlham Əliyevdən Avropa çempionları ilə bağlı paylaşım

Ukrayna danışıqları Azərbaycanda keçiriləcək? - Kreml

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla