Helikopter qəzaya uğradı: bütün sərnişinlər öldü – Video
09:35
| Ana səhifə Toplum |
|
İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Axar.az-a bildiriblər ki, İmişli rayonunda “КаmAZ ” və “QAZel” markalı iki yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “QAZel” markalı yük avtomobilinin sürücü 1961-ci il təvəllüdlü Kərimov Camal Kərim oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
|
Tarix
2020.05.04 / 09:58
|
Müəllif
Axar.az
|