Yuxarı

Həftənin dəhşətləri: falçının və adaxlının qətli…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həftənin dəhşətləri: falçının və adaxlının qətli…

Ötən həftənin krimxronikasında üç hadisənin altından qırmızı xətt çəkmək olar.

Axar.az-ın hazırladığı statistikada falçının qətli, dilənçinin döyülməsi, 16 yaşlı uşağın anasını öldürməsi və sevdiyi qızın başqasına verilməsinə görə nişanlının qətlə yetirməsi ana xətt kimi keçir.

Ondan başlayaq ki, Gəncədə bıçaqlanma hadisəsi olub. Şəhər sakini, 1997-ci il təvəllüdlü Rüstəm Ruzigar oğlu Sadıqov martın 15-də saat 16 radələrində bıçaqlanaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Qolundan bıçaqlanan gənc dərhal əməliyyat edilib və vəziyyətinin normal olduğu bildirilir.

Saat 19 radələrində isə Göygöl rayon Qızılca kənd sakini, 1995-ci il təvəllüdlü Şirxan Şirin oğlu Abdullayev qarının daxilə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb. Məlum olub ki, R.Sadıqovla Ş.Abdullayev dalaşıblar və bir-birini bıçaqlayıblar. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

***

Bakının Səbail rayonunda isə dəhşətli qətl hadisəsi törədilib. Hadisə İçərişəhər ərazisində, Firdovsi küçəsi 5 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayə götürdüyü ofisdə baxıcılıqla məşğul olan 1970-ci il təvəllüdlü əslən Lerik rayonundan olan Talıbov Mirtahir Ağagül oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Aldığı bıçaq xəsarətləri Mirtahir Talıbovun elə hadisə yerində ölməsinə səbəb olub. Hadisən törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

İctimai nəqliyyatda dilənən əliuşaqlı qadınla avtobus sərnişinlərindən birinin sözü isə çəp gəlib. Nəticədə qadın döyülüb. Onun köməyinə isə yoldan keçənlər çatıblar. 23 yaşlı Fatma Əsədovanın gündəlik "işi" əsasən iki azyaşlı övladı ilə ictimai nəqliyyatlarda dilənməkdir. Hətta çox vaxt xətt marşrut nömrəsini, getdiyi istiqaməti belə bilmədən sərnişin avtobuslarına minən gənc ana maddi qazancını da bu nəqliyyat vasitələrində axtarır. Zərərçəkmiş Fatma Əsədova hadisənin necə baş verdiyi danışıb:

"Uşaq ağlayırdı. Sərnişinlərdən biri yanındakına dedi ki, sən onun atasısan, bu balaca sənin uşaqlığını xatırladır. Ona öz iradımı bildirdim. Dedim ki, sənin anan, bacın yoxdur? Bundan sonra məni döyməyə başladı".
Uşaqlı qadına əl qaldıran həmin şəxs sonradan ərazidən uzaqlaşıb.

***

Bakıda uzun müddət davam edən sevgi münasibətinə pul son qoyub. Binəqədi rayonunda 30 yaşlı Aygün Xəlilova yaşadığı evdə bıçaqlanıb. İki uşaq anası olan Aygün Xəlilovanı bıçaqlayan şəxs artıq tutulub. Bakı şəhər sakini İsmayıl Nağıyevi qandallayıblar. A.Xəlilova bir neçə il əvvəl ərindən boşanıb. Bundan sonra elə İsmayılla qeyri-rəsmi yaşamağa başlayıb. Hadisədən əvvəl onlar arasında pul üstündə narazılıqlar yaranıb. Aygün ona pul vermədiyinə görə tez-tez dava edib. Hadisə baş verən gün də eyni ssenari təkrarlanıb. Aygün sevgilisindən pul istəyib, onu dolandıra bilməməkdə günahlandırıb. Əsəbləşən İsmayıl isə işləmədiyi halda ondan pul tələb edilməsini qəbul etməyib. Bıçaqla sevgilisini vurub və evi tərk edib.

***

Salyanda yeniyetmə oğlan anasını bıçaqla qətlə yetirib. 16 yaşlı Həsənov Hüseyn Rövşən oğlu ailə münaqişəsi zəminində anası, 1974-cü il təvəllüdlü Həsənova Gülarə Tofiq qızına çoxsaylı bıçaq zərbəsi yetirib. Yaralı Salyan rayon xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı bıçaq xəsarətlərində xəstəxanada dünyasını dəyişib.

***

Göyçay rayonunda gənclər arasında baş verən və ölümlə nəticələnən davanın təfərrüatları bəlli olub. Mərhum Rahib Əliyevin ailə üzvləri bildiriblər ki, Elşən Məmmədovun valideynləri 3 ay əvvəl kənd sakini olan qızın evinə elçi gediblər. Lakin qızın valideynləri övladlarının Elşənlə ailə qurmasına razı olmayıblar. Qızın atası Elşən Məmmədova xəbərdarlıq edib və qızına yaxın durmamağı tapşırıb. Bu günlərdə isə mərhum Rahib Əliyevin valideynləri həmin qıza elçi gediblər və onlar qızın, eləcə də valideynlərinin razılığını alıblar. Qızın barmağına üzük taxılıb və Novruz bayramında nişan mərasiminin keçirilməsi haqqında razılıq əldə olunub.

Bundan sonra Elşən Rahibin evinə gələrək, onu söhbətə çağırıb. Deyib ki, gedək qızla görüşək və görək qız kimi istəyir. Rahibi aldadaraq küçəyə çıxaran Elşən Rahibin öz maşınında qızın evinə gedərkən yolda onu bıçaqlamağa başlayıb. Rahibə 9 bıçaq xəsarəti yetirən Elşən sonra yerə düşərək onun avtomobilinin şinlərini də bıçaqla kəsib-doğrayıb ki, yaralını vaxtında xəstəxanaya aparmaq mümkün olmasın. Əvvəlcədən Rahibin evinə hazırlıqlı gələn və onu amansızlıqla qəsdən qətlə yetirən Elşən Məmmədov tutularaq istintaqa təhvil verilib.

Tarix
2015.03.16 / 01:40
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Azərbaycanla 6 sənəd imzalandı - Zelenski

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Azərbaycan XİN-dən Nyu York merinə cavab

Zelenski Qəbələdən paylaşım etdi - Foto

Zelenski: Rusiya ilə danışıqlar Azərbaycanda keçirilsin

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi

Həm Azərbaycanda, həm də Ukraynada... - Prezident

SOCAR Ukraynada uzun illərdir ki... - Prezident

2022-ci ilin yanvarında Kiyevdə apardığımız fikir mübadiləsi...

Zelenski Qəbələdə: Əliyevlə təkbətək görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla