Yuxarı

Bu adamların 190 manatı istəməsi… - Sahil Babayev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu adamların 190 manatı istəməsi… - Sahil Babayev

Adına aktiv VÖEN olan, yaxud əmək, xidməti və ya mülki-hüquqi xarakterli müqavilə əsasında fəaliyyət göstərən, torpaq payına malik şəxslər barədə məlumatlar aidiyyəti qurumların elektron bazalarından əldə olundu. Məhz bu məlumatlara əsaslanmaqla, insan faktoru olmadan, elektron qaydada qərar qəbul edilərək o şəxslərə imtina cavabı verildi.

Axar.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.

“Bununla bərabər, müraciət edənlər sırasında maddi imkanları yetərli, hətta yüksək olanlar da vardı və belə insanların 190 manatlıq vəsaiti əlavə gəlir kimi əldə etmək istəmələri bizi təəccübləndirdi. Məsələn, mülkiyyətində 2 və daha çox daşınmaz əmlakı, avtomobilləri və s. olanlar müəyyən edildi. Təbii ki, sayı heç də az olmayan həmin müraciətçilərə imtina cavabı verildi, bu barədə konkret göstəricilər əsasında məlumatlar yayıldı. Maddi imkanları yaxşı səviyyədə ola-ola onların məhz aztəminatlı insanlar üçün ayrılan yardımı almağa cəhdləri haqlı olaraq kəskin ictimai qınağa səbəb oldu”, - nazir qeyd edib.

Tarix
2020.05.06 / 13:13
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni Bakıya səfərə hazırlaşır

Ceyhun Bayramovdan İran-ABŞ atəşkəsinə reaksiya

Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı - Foto

Mixail Zabelin yenə Rus İcmasının sədri seçildi

Xaricdə gizlənənlər üçün son: Bundan qaça bilməyəcəklər!

Bayramov İordaniya baş nazirinin müavini ilə görüşdü

TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi

Azərbaycanla münasibətimiz çox yaxşıdır - Xətibzadə

Bayramov pakistanlı həmkarı ilə müzakirə apardı

Ceyhun Bayramov yəmənli həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla