Yuxarı

Kameraya düşən oğru 1 ildir niyə tapılmır? – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kameraya düşən oğru 1 ildir niyə tapılmır? – Video

Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsi 11e ünvanında 22 may 2019-cu il tarixdə baş verən oğurluqla bağlı maraqlı məqamlar üzə çıxıb.

Bu barədə Axar.az-a şikayətçi B.Məmmədov məlumat verib. O bildirib ki, həmin gün mənzilinin qapısı qarşısından övladının “Volf” markalı sürətötürücülü velosipedi oğurlanıb və bütün bunlar binanın müşahidə kamerasına düşüb.

“Oğru hansı istiqamətdən gəlib, bloka necə daxil olub, velosipedi necə aparıb, hansı istiqamətə gedib - hamısını diskə yazıb 29-cu Polis Bölməsinə ərizə ilə təqdim etdim. Bundan öncə isə hadisə haqqında Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermişdim”, - deyə zərərçəkən bildirir.

Şikayətçinin sözlərinə görə, aradan bir il keçməsinə baxmayaraq, oğru hələ də tapılmayıb:

“Bu hadisədən sonra təkcə bizim binadan 3-4 velosiped oğurluğu olub. Hadisələrin açılmaması təbii ki, oğruları daha da həvəsləndirir. Yeni Yasamalda isə belə hadisələrin sayı çoxdur”.

Məsələ haqda saytımıza açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sözügedən hadisə ilə bağlı araşdırma aparılır.

Tarix
2020.05.07 / 14:56
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Milli Məclis AP ilə bağlı bəyanat qəbul edəcək

Milli Məclisin iclası başladı

AB səfiri XİN-ə çağırıldı: nota təqdim edildi

ABŞ 48 saatda 30 təyyarə göndərdi: Hücum başlayır

Azərbaycanda idman siyasəti bu strategiyaya əsaslanır

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Azərbaycandan sonra ən vacib səfərim... - Vuçiç

Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər

İlham Əliyevdən Avropa çempionları ilə bağlı paylaşım

Ukrayna danışıqları Azərbaycanda keçiriləcək? - Kreml

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla