Yuxarı

Bakı polisindən narkotik əməliyyatı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı polisindən narkotik əməliyyatı

Bakı polisi qanunsuz narkotik dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat həyata keçirib.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Ans press-ə verilən məlumata görə, Xəzər rayon Polis İdarəsi (RPİ) Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1964-cü il təvəllüdlü Elman Mikayıl oğlu Mirzəyevdən 485 qram marixuana aşkar olunaraq götürülüb.

Xəzər RPİ 1-ci Polis Bölməsi (PB) və 2-ci PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə Zirə qəsəbəsi Babayev küçəsində yaşayan 1986-cı il təvəllüdlü İntiqam Adil oğlu Əliyevin həyətyanı sahəsində yerləşən istixanadan çəkisi 5,26 qram olan marixuana kolu və evin zirzəmisindən 450 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Analoji əməliyyat paytaxtın Nizami rayonunda da həyata keçirilib. Nizami RPİ Narkotiklə Mübarizə Bölməsi və 23-cü PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Samir Rafiq oğlu Tahirzadədən 455 qram həşiş qətranı və 501,770 qram heroin aşkar olunaraq götürülüb.

Tarix
2015.03.17 / 11:39
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla