Yuxarı

“Azərişıq” və Azəriqaz” bu kəndlərdə hərəkətə keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərişıq” və Azəriqaz” bu kəndlərdə hərəkətə keçdi

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) və “Azəriqaz” İstehsalat Birliyi ucqar dağ kəndlərində kommunal problemlərin həlli ilə bağlı birgə layihələrin reallaşdırılmasına start verib.

Bu barədə Axar.az-a “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən bildirilib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olaraq əhalinin elektrik enerjisi və qaz təchizatının yaxşılaşdırılması istiqamətində hər iki qurum qarşıya qoyulan tədbirlər proqramının icrasına məsuliyyətlə yanaşır.

“Azərişıq” ASC-nin paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması proqramına əsasən Gədəbəy rayonunun ən ucqar dörd kəndində - Qasımlı (abonent sayı 73), Əyrivəng (abonent sayı 113), Arıqıran (abonent sayı 447), Qərqər kəndlərində (abonent sayı 387) 10 və 0,4 kv-luq şəbəkələrin yenidən qurulmasına başlanılıb.

Qasımlı kəndində 10 və 0,4 kv-luq dayaqlar tam olaraq quraşdırılıb. Əyrivəng kəndində isə 0,4 kv-luq dayaqlar quraşdırılıb, işlər davam edir. Arıqıran və Gərgər kəndlərində elektrik şəbəkələrinin yenidən qurulması istiqamətində hazırlıq işləri aparılmaqdadır. Hazırda ümumilikdə 1020 abonentin olduğu sözügedən dörd kənddə işlər davam etdirilir. Transformator məntəqələri, kabellər, dayaqlar, hətta sayğaclar belə yeniləri ilə əvəz olunur. Bir sözlə, yaşayış məntəqələrinin elektrik təsərrüfatı tamamilə yenilənir. Paylayıcı elektrik şəbəkənin yenidən qurulmasında əsas məqsəd istehlakçıları dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir.

Xatırladaq ki, “Yeni kəndlər” layihəsi çərçivəsində “Azərişıq” ASC indiyədək ölkə üzrə 500-dən çox kənddə elektrik enerjisi sistemini tamamilə yenidən qurub.

“Azəriqaz” İstehsalat Birliyi cari ildə dövlət proqramı əsasında Gədəbəy rayonunun Gərgər kəndində 360, Qasımlı kəndində 61, Arıqıran kəndində 474 və Əyrivəng kəndində 68 fərdi yaşayış evinin qazlaşdırılması işlərinə başlayıb. Tədbirlər planına uyğun olaraq bu ucqar kəndlərin bəzilərində planlaşdırılan işlərin 50 faizi icra olunub. Gədəbəy rayonunun Qasımlı, Gərgər, Arıqıran və Əyrivəng kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 92 kilometrdən çox müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilməsi nəzərdə tutulur. Layihə üzrə 963 evin hər birinə fərdi sayğac, tənzimləyici və sayğac qutusu quraşdırılacaq.

Qeyd edək ki, 2019-cu ilin sonuna qədər ölkədə qazlaşma səviyyəsi 96 faizə çatıb. Bu ilin dövlət proqramı ilə 51 şəhər və rayonda yerləşən yaşayış məntəqələrinin qazlaşdırılması nəzərdə tutulur. Artıq bu işlərin başlanılması üçün dövlətimizin başçısı tərəfindən ayrı-ayrı bölgələri əhatə edən 4 sərəncam imzalanıb. Gədəbəy rayonu da daxil olmaqla Ağstafa, Şəmkir və Tovuz rayonlarındakı ərazi vahidləri, yaşayış massivlərinin qazlaşdırılması üçün dövlət büdcəsindən dövlət neft şirkətinə 8 milyon 190 min manat vəsait ayrılıb.

Tarix
2020.06.05 / 19:17
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov İshaq Darla ABŞ-İran razılaşmasını müzakirə etdi

Azərbaycan və İran arasında mühüm müzakirə...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

İsveç səfirinin diplomatik fəaliyyəti başa çatdı

Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?

Bayramov banqladeşli həmkarı ilə danışdı

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı

Paşinyan elan etdi: ABŞ bunun üçün fond yaradır

Azərbaycan-Vatikan münasibətləri qarşılıqlı etimada əsaslanır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla