Yuxarı

Azərbaycanda heyvanlar üçün otel açıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda heyvanlar üçün otel açıldı - Video

Azərbaycanda heyvanlar üçün ilk mehmanxana fəaliyyətə başlayıb.

Axşam.az xəbər verir ki, burada ev heyvanlarına əsl lüks şərait yaradılıb. Burada it və pişiklə yanaşı, dovşanlar da saxlamaq mümkündür. Onlar kiçik və rahat otaqlarda istirahət edir, hətta döşəyin üstündə yatırlar. Hoteldə heyvanları vaxtında gəzdirib - yedirdirlər. "Əgər siz 1-2 günlük ezamiyyətə gedirsizsə və itinizə baxan yoxdursa, onu otelə verə bilərsiniz", - deyə hotel işçiləri bildirir.

Pişiklərin "otaqları" isə daha genişdir. "3 otaqlı" hissə məhz bir pişiyə məxsusdur. Burada pişiyin yemək, yatmaq və oynamaq imkanı var. "Pişiklər burada çox yaxşı istirahət edirlər", - deyə işçilər bildirir.

Pişiklər üçün mehmanxana 8 korpusdan ibarətdir. Heyvanların qulluğunda duranlar onalrın nazı ilə oynayırlar. Hotelin əməkdaşı Zülfiyyə Kazımova deyir ki, əgər pişiyin sahibi istəyərsə, onu çimizdirir, tüklərini qırxır, hətta dırnaqlarını tuturlar: "Heyvanların sahibləri lazım olan xidmət barədə əvvəlcədən tapşırıq verirlər. Məsələn tapşırırlar ki, pişiyimə peyvənd vurulmalıdır, qırxılmalıdır, dırnağı tutulmalıdır. Biz də onları yerinə yetiririk".

Oteldə vaxt məhdudiyyəti yoxdur. Pulu ödənilirsə, heyvan burada 3 ay da qala bilər.

Hoteldə xidmət haqqı baha deyil. Pişiklərə günülük xidmət 15, itlərə isə 25 manatdan başlayır. Qiymətə gündəlik yemək də daxildir. Pişiklərə səhər yeməyi düyü, yer kökü və file qarışıq kaşadan ibarətdir. Günorta isə file, axşama quru yeməklər verilir.

Tarix
2015.03.29 / 16:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla