Yuxarı

Böcəkdən hazırlanan kolbasalar satışda - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Böcəkdən hazırlanan kolbasalar satışda - Siyahı

Bakıda istehsalı dayandırılan kolbasaların satışı hələ də davam edir.

Axar.az-a verilən məlumata görə, şəhərin ərzaq mağazalarında "Baranina", "Krakovskaya", "Servelat Xəzər", "Kristal həvəskar", "Ukrainskaya kopçennaya" kolbasaları və "Təndir" sosiskası bu günə kimi yığışdırılmayıb.

Eyni zamanda, "Oxotniciye", "Pəhriz", "Servelat" və "Salyami" kolbasaları da satışdadır. Bu məhsullara camış ətindən istifadə edildiyi halda, məhsulun mal ətindən istehsal edildiyi barədə yanlış məlumatların verildiyi müəyyən edilib.

"Kristal CF" əmtəə nişanlı bu kolbasa məhsulları bazarlarda, supermarket şəbəkələrində əhaliyə təklif olunur. Hazırda "Orxan-SS" firması bu məmulatları ticarət şəbəkələrinə paylamaqda və satmaqdadır.

Qanun pozuntusuna yol vermiş "Orxan SS" istehsal-kommersiya firması barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi açıqlanıb.

Yada salaq ki, müəssisədə istehsal olunan "CF" və "Kristal" əmtəə nişanlı ət məhsullarının avtonəqliyyat vasitələrində yayımlanan reklamlarında və həmin əmtəə nişanlı "Baranina", "Krakovskaya", "Servelat Xəzər", "Kristal həvəskar", "Ukrainskaya kopçennaya" kolbasaları və "Təndir" sosiskasının etiketində məhsulların halal olması ilə bağlı ifadələrin verildiyi halda, müəssisədə halal ət məhsullarının istehsalı üçün müvafiq şəraitin olmadığı və həmin məhsulların tərkibində donuz əti və piyi olan məhsullarla eyni istehsalat sahəsində istehsal olunduğu müəyyən edilib.

Məlumatda o da deyilir ki, Bakıda "Kristal CF" kolbasa firmasının istehsal etdiyi məhsullardan inqridentlər çıxıb. Məlumata görə, Hindistandan gətirilən inqridentlər böcəkdən hazırlanır.

Tarix
2015.04.01 / 13:35
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

Azərbaycansız keçinə bilmərik - Razuvayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla