Yuxarı

TƏBİB qəzaya düşən həkimlərin son durumunu açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
TƏBİB qəzaya düşən həkimlərin son durumunu açıqladı

16:32

Quba Mərkəzi Rayon Xəstəxanasından geri qayıdan həkim briqadası qəzaya düşüb.

Axar.az Report-a istinadən xəbər verir ki, Xudat Şəhər Xəstəxanasının tibbi personalı Quba Rayon Xəstəxanasından növbədən qayıdarkən, yolda təcili tibbi yardım avtomobilində qəzaya düşüblər. .

Hadisə nəticəsində biri sürücü olmaqla 7 nəfər tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xudat Şəhər Xəstəxanasının baş həkimi Qədir Hüseynov faktı təsdiqləyib. Baş həkimin sözlərinə görə, tibb işçilərinin vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, qəzaya düşən həkimlər COVID-19 infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində növbəli şəkildə xəstəxanalara gedən briqadalrından birinin tibb işçiləri olub.

Faktla bağlı araşdırma aparılır.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Quba Rayon Mərkəzi Xəstəxanasından növbədən qayıdan zaman qəzaya düşən Xudat Şəhər Mərkəzi Xəstəxanasının həkimlərinin son durumunu açıqlayıb.

Bununla bağlı açıqlama verən TƏBİB-in Mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, hadisə nəticəsində 7 həkim xəsarət alıb.

“Onlardan 5 nəfərinin xəsarətləri yüngül olduğundan ilkin tibbi yardım göstərilərək ambulator müalicəyə göndərilib. 2 nəfər həkim isə xəstəxanaya müayinə üçün aparılıb. Hazırda onların müayinələri davam edir”, - o bildirib.

Tarix
2020.07.08 / 17:28
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla