Yuxarı

Azərbaycanın 7-ci XİN rəhbəri - Dosye

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın 7-ci XİN rəhbəri - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ceyhun Bayramov Xarici İşlər naziri təyin edilib.

Axar.az xəbər verir ki, yeni Xarici İşlər nazirinin tərcümeyi-halını təqdim edir.

Ceyhun Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla bitirib. Həmin il Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olunub. Bu ali məktəbi iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə, Azərbaycan Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib.

1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə OMNİ hüquq şirkətinin direktoru olub.

2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib.

2013-cü il mayın 30-dan avqustun 12-dək Təhsil Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb. Prezident İlham Əliyevin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə təhsil nazirinin müavini təyin olunub.

Azərbaycan Prezidentinin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə təhsil naziri təyin olunub.

2020-ci il iyulun 16-dan Azərbaycan Respublikasının Xarici İşlər naziridir.

Evlidir, 2 övladı var.

Ceyhun Vəliyev müstəqil Azərbaycanın sayca 7-ci xarici işlər naziridir. Ona qədər bu vəzifəni Hüseynağa Sadıqov (1991-1992), Tofiq Qasımov (1992-1993), Həsən Həsənov (1993-1998), Tofiq Zülfüqarov (1998-1999), Vilayət Quliyev (1999-2004) və Elmar Məmmədyarov (2004-2020) tutub.

Tarix
2020.07.16 / 15:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi

Türkiyənin bu kanalı Azərbaycanı “hədəf” göstərdi

Rusiyanın yardımla yüklü təyyarəsi Lənkərana endi - Video

Bakı və İrəvan arasında sülh prosesi Fransada müzakirə edildi

Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei

Xamenei xalqa ilk müraciətini etdi: Qisas alınacaq!

Çalışırıq ki, kimsə gəlib regionda bizə dərs deməsin!

İrana ilk humanitar yardımı Azərbaycan göndərdi

Sülhlə bağlı razılıq böyük cəsarət tələb edirdi - Şarl Mişel

Bakıda mühüm forum başladı: Prezident iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla