Yuxarı

Bakıda bayram namazı... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bayram namazı... - Video

11:18

Müqəddəs Qurban bayramı ilə bağlı bayram namazı bu il karantin qaydalarına uyğun fərqli şəkildə baş tutub.

Bakı Media Mərkəzindən Axar.az-a verilən məlumata görə, mərkəzin çəkilişlərini həyata keçirdiyi mərasim zamanı din xadimləri, Qafqaz Müsəlmanları idarəsinin təmsilçiləri Bakı şəhəri Binəqədi rayonunda yerləşən Heydər məscidində bayram namazı qılıb, xalqımız üçün dualar ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin təmsilçiləri Hacı Şahin Həsənli və Hacı Ceyhun Rüstəmovun bayram namazı ilə bağlı xütbələri dinlənilib. Eyni zamanda Müqəddəs Qurban bayramı ilə bağlı Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete və Qafqaz Müsəlmanları idarəsinin sədr müavini Hacı Salman Musayevin çıxışlarına yer verilib.

Qeyd edək ki, bayram namazı Bakı Media Mərkəzinin çəkiliş qrupu tərəfindən ən müxtəlif rakurslardan geniş şəkildə çəkilib və yüksək keyfiyyətli görüntü birbaşa yayım avadanlıqları vasitəsilə İctimai TV, Real TV, o cümlədən, mərkəzin rəsmi sosial şəbəkə səhifəsindən canlı olaraq yayımlanıb.

Canlı bağlantı zamanı bayram ərəfəsində Bakı Media Mərkəzinin yaradıcı heyətinin ölkəmizin ən müxtəlf şəhər və regionlarında mövcud olan, milli ornamentlərimizlə bəzədilmiş, islam arxitekturasının gözəl nümunələri sayılan məscid və ziyarətgah komplekslərimizdə etdikləri çəkilişlərin görüntülərindən də istifadə olunub.

Tarix
2020.07.31 / 17:10
Müəllif
Axar.az
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla