Yuxarı

Vəzifəli şəxslərin qanunsuz əməlləri... - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vəzifəli şəxslərin qanunsuz əməlləri... - Rəsmi

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi COVID-19 pandemiyası ilə əlaqədar dövlət səviyyəsində həyata keçirilən sistemli tədbirlərdən sui-istifadə edən vəzifəli şəxslərə, kölgə iqtisadiyyatı subyektlərinə, o cümlədən qara mühasibatlıq aparmaqla dövlət nəzarətindən və qeydiyyatından gizli şəkildə qanunsuz fəaliyyət göstərən möhtəkirlərə qarşı effektiv mübarizə tədbirləri aparıb.

Axar.az xəbər verir ki, bu barədə avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində qeyd olunub.

Ötən yarımildə vətəndaşlar tərəfindən Baş İdarəyə analoji hallarla əlaqədar daxil olmuş müraciətlərin 100-ü birdəfəlik müavinətin verilməsi ilə bağlı süründürməçilik, 13-ü vətəndaşların xəbəri olmadan adlarına sosial müavinətlərin və digər ödənişlərin köçürülməsinin aşkar edilməsi, 175-i dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının əhaliyə çatdırılmasına məsul olan vəzifəli şəxslərin qanunsuz hərəkətləri, 5-i qanunsuz olaraq sərbəst hərəkət edilməsi ilə bağlı arayışların verilməsi, o cümlədən bununla əlaqədar rüşvət tələb edilməsi, digərləri isə sahibkarlıq subyektlərinin xüsusi karantin rejimi qaydalarını pozması və cari vəziyyətdən sui-istifadə etmə halları ilə əlaqədar olub.

Qeyd olunan müraciətlərə baxılarkən onların müəyyən qismi müsbət həll edilərək vətəndaşların pozulmuş hüquqları bərpa edilib, bir sıra hallarda cinayət işi başlanmış, digərləri nəzarətdə saxlanılmaqla baxılıb hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə səlahiyyətli dövlət qurumlarına göndərilib.

Tarix
2020.08.05 / 16:37
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla