Yuxarı

Yoluxan abituriyentlərin taleyi necə olacaq? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəzərə almaq lazımdır ki, qəbul kampaniyası bir-birinə zəncirvari şəkildə bağlı olan mürəkkəb prosesdir və təkcə imtahandan ibarət deyil. İmtahandan sonra iştirakçıların materialları emal edilməli, nəticələri açıqlanmalıdır. Bundan sonra isə abituriyentlər ixtisas seçimi etməli, qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, bir mərhələdən sonra növbəti mərhələ başlayır və bu proses gecikdirilə bilməz. Hər hansı bir mərhələdə ləngimə ümumi prosesə təsir edir və məqsədəuyğun hesab olunmur.

Bu barədə Axar.az-ın koronavirusa yoluxan və imtahanlarda iştirak edə bilməyən abituriyentlər üçün yenidən qəbul imtahanı keçirilib-keçirilməyəcəyi haqda sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd olunub ki, iyun ayının 10-dan etibarən buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılıb:

“Bu tarixdən sonra keçirilən bütün imtahanlar pandemiya şəraitinin tələblərinə uyğun təşkil olunub. Əsas məqsədimiz hamı üçün tam təhlükəsiz şəraitdə imtahanların keçirilməsi olub. Buna görə də imtahanlar zamanı insanların sağlamlığına hər hansı bir təhlükənin yaranmaması üçün bir sıra tədbirlər həyata keçirilib”.

Qeyd edilib ki, bu tədbirlərdən biri də iştirakçının sağlamlıq haqqında bəyannamə təqdim etməsi və binaya daxil olarkən bədən temperaturunun ölçülməsidir:

“Bədən temperaturuna görə iyun-iyul ayları ərzində keçirilən imtahanlara 40-a yaxın abituriyent buraxılmayıb. Qeyd edək ki, indiyə qədər bu imtahanlarda temperatur, eləcə də digər üzrlü səbəbdən iştirak edə bilməyənlərə DİM-ə tam sağlam olduqları haqqında arayış təqdim etdikdən sonra növbəti imtahan günlərinin birində imtahan verməsi üçün şərait yaradılıb. Onlar da gəlib imtahan veriblər. Çünki buraxılış (qəbul) imtahanları bir neçə dəfə keçirilib (müxtəlif şəhər və rayonlar üzrə) və ay yarımdan artıq davam edib. Buna görə də həmin şəxslərin də imtahan verməsi üçün imkan yaradılıb”.

Qurumdan bildirilib ki, imtahanların ikinci mərhələsinin II və III ixtisas qrupları üzrə 13-14 avqust, I və IV ixtisas qrupları üzrə ondan sonrakı həftədə 2 gün ərzində keçirilməsi nəzərdə tutulur:

“İndiki halda əlavə qəbul imtahanlarının keçirilməsinə vaxt yoxdur və qəbul imtahanlarında hər hansı bir səbəbdən iştirak edə bilməyənlər üçün yenidən imtahanların keçirilməsi mümkün deyil”.

Tarix
2020.08.11 / 11:11
Müəllif
Tural Turan
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla