Yuxarı

Məhərrəmliklə bağlı fitva niyə verilmədi? – QMİ

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhərrəmliklə bağlı fitva niyə verilmədi? – QMİ

Pandemiya dövründə bütün ölkələrdə operativ qərargahlar yaradılıb. Həmin ölkələr Qərargahın qəbul etdiyi qərarlara riayət etməkdədirlər. Biz də Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qanunlara riayət etməyə məcburuq.

Bunu Axar.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fitva şöbəsinin mütəxəssisi Ağasəid Yaqubov deyib. QMİ-nin mütəxəssisi bildirib ki, İmam Hüseyn əleyihissəlamın mərasimlərini qeyd eləmək inanclı kəsimin ürəyindən gələn bir istəkdir:

“Hamımız istəyirik ki, İmam Hüseyn əleyihissəlamın mərasimləri keçirilsin. Hətta sovet dövründə belə bu mərasimlər gizli olaraq baş tutub. Amma pandemiyadır, insanların sağlamlığının qorunması üçün məscidlər bağlanıb. On gün ərzində insanların bir araya gəlməsi məscidləri xəstəliklərin episentrinə çevirə bilər. Xəstəliyin geniş miqyas almasından söhbət gedir. Ona görə də İmam Hüseyn məclislərini keçirən digər ölkələr də bu mərasimləri təxirə salıb”.

Ağasəid Yaqubov bildirib ki, bütün inanclı insanlar qayda-qanunlara riayət etməlidirlər:

“Allah-təala buyurur ki, bir yerdə təhlükə varsa, bilərəkdən özünüzü həmin təhlükəyə atmayın. Dinimiz də insanların sağlamlığını qorumaq üçün həmişə tövsiyələr verir. Bu nöqteyi-nəzərdən, Qafqaz Müsəlmanları İdarəsi də Məhərrəmliklə bağlı fitva vermədi. Çünki hazırkı duruma görə bütün göstərişləri Operativ Qərargah verir”.

QMİ rəsmisi deyib ki, Aşura günü qan vermək istəyən insanlar xəstəxanalara yaxınlaşa bilərlər:

“Qanvermədən öncə onlardan analiz götürüləcək. Axı hər kəsdən qan götürülmür. Hər kəs fərdi şəkildə, könüllü olaraq qan vermək üçün səhiyyə ocaqlarına, qan banklarına yaxınlaşa bilər. Ən azından qeydiyyata durmaq olar ki, sabah qan lazım olanda gedib qan versinlər”.

Tarix
2020.08.15 / 14:14
Müəllif
Tural Turan
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla