Yuxarı

"Azercell mobil tətbiqləri artıq “Kabinetim”də!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir telekom bazarında unikal olan "Azercell"in “Kabinetim” mobil tətbiqi abunəçilərin rahatlığı üçün daha geniş imkanlar yaradır. İndi artıq bu tətbiqin istifadəçiləri vahid mənbə olaraq “Kabinetim” vasitəsilə "Azercell" tətbiqlərinə abunəlik əldə edəcək, cari statusu asanlıqla izləyib idarə edə biləcəklər.

Axar.az xəbər verir ki, “Kabinetim” tətbiqinin son yenilənmiş versiyasında iVi Mobil Cinema və BluTV tətbiqlərinə anında qoşulma imkanı yaradılıb. Bunun üçün sadəcə “Tətbiqlər” bölməsinə daxil olub, abunə olmaq istədiyin tətbiqi seçmək lazımdır. Xatırladaq ki, iVi tətbiqi minlərlə film və serialı eyni anda 5 cihazdan izləməyə imkan verir. BluTV-yə abunəlik isə eksklüziv olaraq türk film və seriallarını maneəsiz izləmək imkanı yaradır.

Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən “Kabinetim” tətbiqi abunəçilərə nömrəyə tam nəzarət etmək, balansı artırmaq, tarif və internet paketlərini sifariş edib dəyişdirmək, bir çox xidmətləri aktiv və deaktiv etmək imkanı verir. “Kabinetim” çərçivəsində onlayn çat vasitəsilə müştəri xidmətlərinə birbaşa müraciət etmək mümkündür. Nömrə ilə bağlı əksər əməliyyatların şəxsən abunəçi tərəfindən yerinə yetirilməsi vaxta qənaət etməklə yanaşı, abunəçinin işini asanlaşdırır, onun nömrənin vəziyyəti haqqında daim məlumatlı olmasını təmin edir. Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional "Kabinetim” tətbiqini App Store, PlayStore və ya Huawei AppGallery-dən ödənişsiz olaraq yükləmək mümkündür.

Gələcəkdə Kabinetim” üzərindən digər tətbiqlər - xarici idilər öyrənmək üçün Busuu, Bookmate online kitabxanasına, 200-dən çox kanala abunəlik verən NNTV, 40 milyona yaxın mahnı bazası olan Zvuk və digər tətbiqlərə qoşulmaq imkanı yaradılacaq.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2020.08.19 / 17:52
Müəllif
Axar.az
Digər xəbərlər

Hüseyndən həbs xəbərlərinə reaksiya

Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır!

Pakistan Azərbaycan və Türkiyəyə belə təşəkkür etdi - Foto

Kallas Mirzoyanla görüşdü, Bakı ilə sülhdən danışdı

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Piriyev kimdir?

BƏƏ-dən qızıl gətirən DGK-nın vəzifəliləri ilə bağlı yeni xəbər

Baş Prokurorluğun sorğusuna dair qərar qəbul edildi

Şahbaz Şərif İlham Əliyevə təşəkkür etdi

Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - Foto

İrəvan dərhal Bakı ilə sazişi imzalamağa hazırdır - Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla