Yuxarı

Nazirlik: Bu içkilər saxtadır - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik: Bu içkilər saxtadır - Siyahı

Azərbaycanda saxta aksiz markası ilə markalanmış alkoqollu içkilər aşkar edilib.

Vergilər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Bakı Vergilər Departamentinin müvafiq qərarı ilə "Fidan" şirkətinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül, Naxçıvani küçəsi, 3106-cı məhəllə ünvanda yerləşən və təsərrüfat subyekti kimi vergi orqanında uçotda olmayan obyektində (anbar) həyata keçirilən operativ vergi nəzarəti tədbiri zamanı aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı, satış məqsədi ilə saxlanılması və istehsal binasının hüdudlarından kənara çıxarılması halları aşkar edilib.

Tədbir zamanı saxta aksiz markaları ilə markalanmış 150,3 min manat məbləğində 86 min 419 ədəd müxtəlif adlı və həcmli alkoqqollu içkilər ("Mont blanc" - 0.5l və 0.7l, "Ruska" - 0.5l və 0.7l, "Zernovoy sklad" - 0.25l, 0.5l və 0.7l, "Melnik" - 0.25l, 0.5l və 0.7l, "Bakinskiy Standart" - 0.25l, "Bakinskaya marka" - 0.25l, "Qosudar" - 0.5l və s.) aşkarlanıb, bəzi məhsulların üzərində seriyası və nömrəsi olmayan aksiz markaları müəyyən edilib.

2015-ci ilin ötən dövrü ərzində 6 vergi ödəyicisi tərəfindən 43 min 811,9 manatlıq anoloji qanunsuzluq faktları aşkar edilib və hər bir fakt üzrə cinayət işi başlanılıb.

Vergilər Nazirliyi xəbərdarlıq edir ki, belə halların qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, bu cür fəaliyyətlə məşğul olan vergi ödəyicilərinə qarşı qanunda nəzərdə tutulan ən sərt tədbirlər görüləcəkdir.

Tarix
2015.04.15 / 18:17
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla