Yuxarı

Məktəblərdə əsas şərtlərdən biri budur - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəblərdə əsas şərtlərdən biri budur - Nazir

Sentyabrın 14-də respublika üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

Təhsil Nazirliyindən Axar.az-a bildirilib ki, konfrans Təhsil naziri Emin Əmrullayev, nazirin müşaviri Rüstəm Ağayev, nazirliyin şöbə müdirləri, nazirlik yanında İctimai Şuranın üzvləri, məktəb direktorları və yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinin iştirakı ilə "Microsoft Teams" platforması üzərindən virtual təşkil edilib.

Təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı məlumat verərək bildirib ki, məktəblərdə sağlam sosial-psixoloji mühitin yaradılması əsas şərtlərdən biridir. Pandemiya dövründə şagird-şagird, şagird-müəllim, müəllim-valideyn arasında münasibətlər tənzimlənməlidir.

Müəllimlərin işə qəbulu imtahanlarından danışan Emin Əmrullayev son dönəmdə müəllimliyə marağın daha da artdığını və bu il imtahan verən namizədlər arasında yüksək bal toplayanların əvvəlki illərlə müqayisədə daha çox olduğunu qeyd edib.

Çıxışında "STEAM" və "Rəqəmsal bacarıqlar" layihələrinə də toxunan nazir deyib ki, sözügedən layihələrin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu pandemiya dövründə tədrisin təşkili ilə bağlı çıxış edərək teledərslərdən də söz açıb. Vəfa Yaqublunun sözlərinə görə, dərs cədvəli pandemiya dövrü olduğu üçün fərqli formada hazırlanmalıdır, hansısa fənn onlayn şəkildə, hansısa fənn isə əyani şəkildə keçirilməlidir. Vəfa Yaqublu Təhsil İnstitutu tərəfindən şagirdlərin ötən tədris ilinin ikinci yarımilində əldə etdikləri biliklərin diaqnostik qiymətləndirilməsi ilə bağlı sualların hazırlanaraq yerlərə göndərildiyini də diqqətə çatdırıb. Vəfa Yaqublunun sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, övladlarının təhsilini əyani deyil, online formada davam etdirilməsini istəyən valideynlər üçün iltizam formaları hazırlanıb və yerlərə göndərilib.

Daha sonra çıxış edən Təhsil nazirinin müşaviri Rüstəm Ağayev sanitar-gigiyenik normalar haqqında ətraflı məlumat verib. Rüstəm Ağayev bildirib ki, məktəblərdə sosial məsafə gözlənilməli, hər bir müəllim məktəbə tibbi maska ilə gəlməli, hərarət normal olduqdan sonra siniflərə daxil olmalıdır.

Konfrans müzakirələrlə davam etdirilib.

Tarix
2020.09.14 / 19:26
Müəllif
Axar.az
Digər xəbərlər

İranla quru sərhədin açılması mümkündür? – Deputat

Prezident açıqladı: Yeni nazir müavinləri təyin ediləcək

ABŞ-la strateji tərəfdaşlıq Azərbaycana nə vəd edir?

Mustafayev bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Venslə bağlı erməni yalanı: Azərbaycanda inanıblar...

Azərbaycana səfərim möhtəşəm idi - Vens

Azərbaycanda yeni televiziyaya lisenziya verildi

Avropa Şurası Yaqlandın toxunulmazlığını ləğv etdi

FHN və ADA arasında memorandum imzalandı - Video

Azərbaycan Kanadaya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla