Yuxarı

47 mindən çox şəxs e-arayış aldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
47 mindən çox şəxs e-arayış aldı

Nazirlik elektron xidməti vasitəsilə 47 mindən çox şəxsə iş yerinə dair e-arayış verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, "İş yerinə dair arayış" elektron xidməti vətəndaşların öz iş yerləri barədə ümumi təyinatlı və ya konkret bir quruma təqdim etmək üçün rahat şəkildə və real vaxt rejimində elektron formada arayış əldə etmələrinə imkan verir. Ötən ilin dekabrında istifadəyə verilən bu e-xidmət vasitəsilə cari ilin 1 aprel tarixinədək artıq 47546 nəfər vətəndaş iş yerinə dair elektron arayış əldə edib.

Arayışda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və digər məlumatlar əksini tapır. Həmçinin vətəndaşlar arayışları onlarda əmək haqqı göstərilməklə və ya əmək haqqı göstərilmədən də əldə edə bilirlər.

İki və daha çox iş yerində aktiv əmək müqaviləsi əsasında çalışanların hansı iş yerinə dair arayışı təqdim etmələri ilə bağlı seçim imkanı da var. "İş yerinə dair arayış" e-xidmətindən yararlanan vətəndaşların bununla müvafiq arayışları almaq üçün işlədikləri müəssisənin aidiyyətı şəxslərinə müraciət etmələrinə, kağız formasında arayışları almalarına, bu proses üçün müəyyən vaxt və əziyyət sərf etmələrinə artıq ehtiyac qalmır.

Digər tərəfdən, arayışın təqdim olunduğu qurumlar arayışdakı məlumatların, habelə lazımi hallarda əmək haqqı barədə göstərilənlərin düzgünlüyünü yoxlamaq imkanına malikdirlər. Bunun üçün onlar həmin sənəddə qeyd olunan ştrix-kod vasitəsilə "E-hökumət" portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə edirlər. Qeyd olunan amillər isə iş yerinə dair kağız formasında arayışların elektron arayışlarla əvəz olunması prosesinin sürətlənməsinə, aidiyyəti qurumların iş yerinə dair arayışların daha çox elektron formada təqdim olunmasına üstünlük vermələrinə səbəb olub.

Tarix
2015.04.27 / 11:36
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İsveçrə XİN rəhbəri Azərbaycana təşəkkür etdi

Daha bir ölkə Tehrandakı səfirliyini Bakıya köçürdü

Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi

Türkiyənin bu kanalı Azərbaycanı “hədəf” göstərdi

Rusiyanın yardımla yüklü təyyarəsi Lənkərana endi - Video

Bakı və İrəvan arasında sülh prosesi Fransada müzakirə edildi

Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei

Xamenei xalqa ilk müraciətini etdi: Qisas alınacaq!

Çalışırıq ki, kimsə gəlib regionda bizə dərs deməsin!

İrana ilk humanitar yardımı Azərbaycan göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla