Yuxarı

Laçın, Qubadlı və Daşaltıda... - Nazir müavini

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Laçın, Qubadlı və Daşaltıda... - Nazir müavini

Təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə həyata keçirilən kortəbii istismar nəticəsində bölgənin təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə külli miqdarda zərər dəyib, qiymətli ağac və kol növləri ilə zəngin meşələrimiz məqsədli şəkildə məhv edilib.

Axar.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

O qeyd edib ki, landşaft müxtəlifliyi baxımından əlverişli olan bu ərazilərdə işğala qədər 2000-dən çox ali bitki növü mövcud olub ki, bu da Azərbaycan florasının 42 faizini təşkil edir. Bölgədəki 50-yə yaxın fauna, 70-dən çox flora növü dünyanın, eyni zamanda Azərbaycan Respublikasının Qırmızı Kitablarına salınıb. Təəssüf ki, həmin növlərin hazırki vəziyyəti barədə əlimizdə heç bir dəqiq məlumat yoxdur:

“Ərazidə rast gəlinən bitki növlərindən 20-si Azərbaycan areallı endem bitkilərdir. Bu endem bitkilərin 7 növünə (Qarabağ tülpanı, Qarabağ güləvəri, Zəngilan gəvəni, Sağsağan gülxətmisi, Şuşa vələsi, Şuşa xaşası və Şuşa gəvəni) yalnız Dağlıq Qarabağ ərazisində rast gəlinir”.

Nazir müavini qeyd edib ki, füsunkar Qarabağın xüsusi mühafizə olunan təbiət ərazilərindən olan Bəsitçay, Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında işğala qədərki dövrlərdə Qarabağımızın rəmzi olan Xarı bülbüllə yanaşı, Şərq çinarı, Əkin şabalıdı, Şuşa vələsi, Vələsyarpaq azat, Giləmeyvəli qaraçöhrə və digər nadir ağac növləri qorunurdu.

Eyni zamanda V.Kərimov onu da bildirib ki, Respublikamızın meşə ilə örtülü sahələrinin 25 faizi işğal altında olan ərazilərdə yerləşir və əldə olunan məlumatlara görə qiymətli meşələrin əksəriyyəti erməni vandalizmi nəticəsində məhv edilib:

“İşğaldan azad olunmuş ərazilərdə aidiyyəti qurumlarla birgə genişmiqyaslı monitorinqlər aparılacaq, bölgənin ətraf mühitinə, təbii sərvətlərinə, landşaftına və meşələrinə, həmçinin bitki və heyvanat aləminə dəymiş ziyanın hərtərəfli qiymətləndirilməsi həyata keçiriləcək”.

Tarix
2020.10.23 / 09:46
Müəllif
Axar.az
Digər xəbərlər

Yataqlara zərbələr başladı, region yanır – Bu ölkələr batacaq..

İlham Əliyev Mirziyayevlə danışdı

Bakıdan Ermənistana 488 ton taxıl yola salındı

Bayramov Ər-Riyadda çıxış etdi: Naxçıvana PUA hücumu...

Bayramov Ərəbistanda İshaq Darla görüşdü

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

Prezidentin Xanobaya səfəri ilə bağlı paylaşım... - Video

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla