Yuxarı

Azyaşlı bacıların məşhur qatilindən daha bir qətl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azyaşlı bacıların məşhur qatilindən daha bir qətl

Aprelin 17-də Bakının Bülbülə qəsəbəsində öldürülən qadının qatili həm də illər əvvəl qətlə yetirilən iki azyaşlı bacının canisi imiş.

Axar.az-a özəl qaynaqdan verilən məlumatda Bülbülədə törədilən dəhşətli qətlin təfərrüatı və qatilin əsl kimliyi açıqlanıb.

Məlum olub ki, gecə yarısı qəsəbənin S.Əliyev küçəsində yerləşən mənzilində meyiti aşkarlanan 1967-ci il təvəllüdlü Çiçək Alıyevanı öldürən şəxs qeyri-rəsmi əri olan Elnur İsmayılovdur. Həmin E.İsmayılov 2007-ci ildə ölkə gündəmini silkələyən tükürpərdici qətldə təqsirli bilinərək həbs edilib. Söhbət Dəvəçi (Şabran) rayonunda itkin düşən, daha sonra qətlə yetirildiyi üzə çıxan iki azyaşlı bacı – Nailə və Reyhanənin ölümündən gedir.

Ç.Alıyevanı öldürən E.İsmayılov məhz bu qız uşaqlarının ölümündə təqsirləndirilən qardaşlardan biridir. Mənbənin qeydlərinə görə, E.İsmayılov Ç.Alıyevanı döyərək öldürüb. Həmin vaxt qadının baş və sifət nahiyəsində gematomalar olub. Ç.Alıyeva xərçəng xəstəliyindən əziyyət çəkib, başında şiş olub. Elnur isə onu elə başından vuraraq öldürüb.

Yada salaq ki, Elnur İsmayılov ilə qardaşları Təvəkkül və Elçinə 2009-cu ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hökm oxunub. Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirli bilinən Təvəkkül İsmayılov qəsdən adam öldürmə, zorlama, adam oğurluğu və digər maddələrlə təqsirli bilinərək ömürlük həbs cəzası, Elnur İsmayılov 144.3 (adam oğurluğu), 29, 149.3.3 (zorlama), 178.2.4 (dələduzluq) maddələri ilə bəraət alaraq, 221.2.1 (xuliqanlıq) maddəsi ilə 6 il həbs cəzası, Elçin İsmayılov isə 149.2.3 (zorlama), 221.2.1 (xuliqanlıq) maddələri ilə bəraət alaraq, 221.2.2 (xuliqanlıq) maddəsi ilə 4 il azadlıqdan məhrum edilmişdi.

Azyaşlı Nailə və Reyhanə bacıları 2007-ci ilin avqustunda Dəvəçi rayonunun Dağ Bilici kəndində oğurlanaraq qətlə yetirilmişdilər. İsmayılov qardaşları istintaqa bacıları rayon polis rəisinin sifarişi ilə oğurladıqlarını bildirmişdilər. Lakin buna heç bir dəlil gətirilmədi. İttiham olunan İsmayılov qardaşlarının Məcidova bacılarını öldürdükdən sonra Samur-Abşeron kanalına atdıqları üzə çıxdı. Nailənin meyiti Samur-Abşeron kanalının Siyəzən istiqamətində aşkarlandı. Reyhanənin meyiti isə tapılmadı.

Tarix
2015.05.02 / 13:01
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla