Yuxarı

Mülki əhalinin vurulması bəşəriyyətə qarşı cinayətdir - Bəyanat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mülki əhalinin vurulması bəşəriyyətə qarşı cinayətdir - Bəyanat

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistan silahlı qüvvələrinin oktyabrın 28-də Bərdəyə raket hücumu ilə bağlı bəyanat yayıb.

Axar.az bəyanatın mətnini təqdim edir:

“Oktyabrın 28-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə şəhərini “Smerç” yaylım atəşli reaktiv sistemdən raket atəşinə tutub və bu hücum mülki əhali arasında ağır itkilərə səbəb olub.

Bərdə şəhərinə xaincəsinə edilən raket hücumu nəticəsində uşaqlar da daxil olmaqla, 21 mülki şəxs həlak olub və 70-dən çox insan ağır yaralanıb.

Sivil insanları hədəf alaraq, onlara ağır artilleriyadan atəş açılması, yalnız Azərbaycan xalqına deyil, ümumilikdə bütün bəşəriyyətə qarşı böyük təhlükə və cinayətdir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycanın mülki əhalisinə qarşı yönələn bu hücumları kəskin şəkildə pisləyir, beynəlxalq təşkilatları və dünya ictimaiyyətini günahsız insanların qətl edilməsinə səbəb olan bu alçaq siyasətə səssiz qalmamağa çağırır.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistanın hərbi təxribatları nəticəsində həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə baş sağlığı verir, yaralılara acil şəfalar diləyir”.

Tarix
2020.10.29 / 10:51
Müəllif
Axar.az
Digər xəbərlər

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla