Yuxarı

Keçmiş nazirin qohumunu öz arvadı öldürübmüş – Sensasiya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçmiş nazirin qohumunu öz arvadı öldürübmüş – Sensasiya

Ötən il sentyabrın 1-də qətlə yetirilən Füzuli Haqverdi oğlu İsgəndərovun ölümü ilə bağlı istintaqın nəticəsi sensasiya sayıla bilər.

Axar.az xəbər verir ki, 8 aydır istinaqı aparılan keçmiş məmurla bağlı sübutlar açıqlanıb. Belə ki, 2014-cü il avqustun 29-da F.İsgəndərov qızına təmtəraqlı toy etmişdi. Ehtimal olunurdu ki, qızının toyundan iki gün sonra qətlə yetirilməsinin məqsədi soyğunçuluqdur. Maskada olduğu bildirilən qatil sentyabrın 1-də Nizami rayonu, Babək prospekti-17 ünvanında yaşayan 1964-cü il təvəllüdlü F.İsgəndərovu evinin yanında, qarajının önündə 19 bıçaq zərbəsi vurmaqla amansızlıqla qətlə yetirmişdi. Qatilin daha sonra evə girdiyi və Füzuli İsgəndərovun xanımını boğmağa başladığı, bu zaman üzündən maskası düşdüyü və bundan sonra qadını buraxaraq qaçıb getdiyi iddia olunurdu.

İstintaq isə o nəticəyə gəlib ki, F.İsgəndərovu elə öz xanımı və qızı qətlə yetirib. Report-un məlumatına görə, Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova və qızı Əmanə İsgəndərova tərəfindən törədildiyi məlum olub. X.İsgəndərova və Ə.İsgəndərova şübhəli şəxs qismində saxlanılıblar.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət reyestri Xidmətinin rəis müavini olub. O, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu idi.

Tarix
2015.05.05 / 14:13
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla