Yuxarı

Meriya və polis hərəkətə keçdi: Birgə reyd - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Meriya və polis hərəkətə keçdi: Birgə reyd - Foto

Son günlərdə COVİD-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun bu gündən etibarən ölkə ərazisində xüsusi karantin rejiminin müddəti uzadılaraq epidemiya ilə mübarizə tədbirləri daha da gücləndirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin vəziyyətinin yoxlanılması və vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə paytaxtın bütün rayonlarını əhatə edən birgə reydlər keçirilir.

Reydlər zamanı yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə birinci növbədə vətəndaşlarin qoruyucu maskalardan istifadə etmələrinə riayət etmələri, insanların sıx toplaşdığı məkanlarda, ictimai iaşə və digər obyektlərdə virusa yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin vəziyyəti yoxlanılır və insanlar arasında sosial məsafənin qorunması məqsədilə izahetmə işləri aparılır.

Reydlər zamanı aşkar edilən nöqsanlar və çatışmazlıqlar yerində aradan qaldırılır, pozuntulara yol verən sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri və digər cavabdehlərə qarşı yerindəcə cərimə tədbirləri tətbiq olunur.

Paytaxtda koronavirus əleyhinə rejimin, sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcəkdir.

Bir daha bütün vətəndaşlarımızı COVİD-19 virusu ilə mübarizədə mövcud karantin tələblərinə ciddi riayət etməyə, zərurət olmadıqda kənar şəxslərlə təmaslardan yayınmağa, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etməyə çağırırıq.

Tarix
2020.11.21 / 19:03
Müəllif
Axar.az
Digər xəbərlər

Maduronu ən yaxın adamı satıb - Məxfi sövdələşmə

Zakir Həsənov Markveyn Mallinlə görüşdü

Hikmət Hacıyevin bu sözü erməni politoloqu isterikaya saldı

Gürcüstan Qırmızı Körpüdə rüsumsuz ticarətə icazə verdi

Türkiyə və Azərbaycan arasında mühüm saziş imzalandı

Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi...

Trampın həll etdiyi yeganə münaqişə budur - Knaysl

Rus işğalına səs verən Venesuala “haqqını” aldı: Sırada bu ölkədir!

İranda etirazlar: Xalq çürümüş molla rejimini istəmir - Detallar

Maduronu 3 saata götürən “Delta”: Bu gizli qrup nəyə qadirdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla