Yuxarı

Ordumuzun Kəlbəcərə daxil olması İndoneziya mətbuatında

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuzun Kəlbəcərə daxil olması İndoneziya mətbuatında

İndoneziyanın “iNews.id” saytı Azərbaycan Ordusunun Kəlbəcər rayonuna daxil olmasından bəhs edən material yayıb.

Axar.az xəbər verir ki, saytın hazırda Azərbaycanda olan müxbiri Əhməd İslami Camilin müəllifi olduğu “Azərbaycan Ermənistanın tərk etdiyi Kəlbəcər rayonuna daxil olur” adlı yazıda qeyd edilir ki, Kəlbəcər hərbi əməliyyatların dayandırılması barədə imzalanan üçtərəfli sənədə əsasən Azərbaycana qaytarılan üç rayondan ikincisidir.

Yazıda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatından sitat gətirilərək deyilir:

“Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub”.

Qeyd edilir ki, ilkin olaraq bu rayonun Azərbaycana noyabrın 15-də qaytarılması nəzərdə tutulurdu. Lakin müddət Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində 10 gün uzadılıb.

Müdafiə Nazirliyini məlumatından gətirilən növbəti sitatda isə deyilir:

“Bu istiqamətdə bölmələrimizin hərəkətinin təmin olunması üçün texniki işlər başa çatdırılıb, qoşunların hərəkət edəcəyi mürəkkəb dağ yolu minalardan təmizlənib və istifadə üçün yararlı vəziyyətə gətirilib”.

Bildirilir ki, tərəflər arasında əldə edilən razılaşmaya görə, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana döyüşsüz qaytarır. Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə qazandığı böyük uğurlar nəticəsində Ermənistan hərbi əməliyyatların dayandırılması üçün həmin rayonları Azərbaycana qaytaracağı öhdəliyini götürüb.

Ağdamın noyabrın 20-də, Kəlbəcərin 25-də qaytarıldığı, Laçının isə dekabrın 1-də Azərbaycan tərəfinə təhvil veriləcəyi qeyd edilir.

Məqalədə bildirilir ki, 44 gün davam edən müharibə zamanı Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edib.

Tarix
2020.11.25 / 11:38
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla