Yuxarı

Xankəndinin adı necə dəyişdirildi? – İspan mediası

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xankəndinin adı necə dəyişdirildi? – İspan mediası

İspaniyanın “Tuvozenpinares" xəbər portalında "Xankəndi necə Stepanakert oldu?" başlıqlı məqalə dərc olunub. Məqalə İspaniya Azərbaycanlıları Birliyinin sədri Vahid İmanov və Valensiyadakı Azərbaycanlılar Birliyinin sədri Mübariz İbrahimovun fikirləri əsasında hazırlanıb.

Axar.az xəbər verir ki, müəlliflər Xankəndinin inşa tarixi haqqında məlumat verib, Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən çoxlu sayda erməni ailəsinin Qarabağda yerləşdirildiyini, amma Xankəndi adının yalnız sovetlər dönəmində “Stepanakert” olaraq dəyişdirildiyini vurğulayıb.

Qeyd edilib ki, bu addımı 1923-cü ildə Moskva tərəfindən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin edilən Sergey Kirov atıb: “Bu şəhər 20.000-dən çox azərbaycanlının qətlinə şəxsən rəhbərlik etmiş, Bakıda sovet kommunist diktaturasını yaratmış Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırılıb”.

Dağlıq Qarabağ münaqişəsinin tarixi, Azərbaycanın bu bölgəsində yaşayan azərbaycanlıların etnik təmizləmələrə və soyqırıma məruz qaldıqları, daha sonra bölgə ətrafında olan 7 rayonun – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanın Ermənistan tərəfindən işğal edildiyi barədə ətraflı məlumat verilib.

Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması və işğalçı Ermənistan ordusunun bu ərazilərdən çıxarılması ilə bağlı diplomatik danışıqların nəticə vermədiyi, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icra olunmadığı bir dönəmdə Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə Ermənistan silahlı qüvvələrinin 12 iyul 2020-ci il tarixində Dağlıq Qarabağ bölgəsindən uzaqda yerləşən Tovuz rayonu istiqamətində hərbi təxribat törətdiyi bildirilib. İşğalçı Ermənistan ordusunun 27 sentyabr 2020-ci ildə isə bütün cəbhə boyu genişmiqyaslı hücuma keçməsi 44 günlük müharibənin başlanmasına gətirib çıxarıb.

Müharibə zamanı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğalçılardan azad etdiyi və parlaq Qələbə qazandığı bildirilib: “10 noyabr tariximizə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu şərəfli Zəfər Günü kimi yazıldı! Qarabağ Azərbaycandır!”

Tarix
2020.12.23 / 01:28
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

Şəhərlər xalq tərəfindən qurulur və xalq üçündür - Şenqyun

Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı açıqlama

Dünya Şəhərlər Günü 2026-cı ildə Çində keçiriləcək

İlham Əliyev Tomaş Tarabanı qəbul etdi

Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla