Paytaxtın Binəqədi rayonu, "Azadlıq prospekti" metro
stansiyası yaxınlığında hündürmərtəbəli yaşayış binasında dəhşətli
yanğın baş verib.
Axar.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın
yaşayış binasının 3-cü mərtəbəsindən başlayıb.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası hadisə
yerinə gəlib.
Hazırda yanğının qarşısının alınması istiqamətində işlər
aparılır.
***
Azadlıqprospektinin yanğına yaxın olan hissəsi
bağlanıb. Sakinlərin əməkdaşımıza verdiyi məlumata görə, binada
sakin var, FHN əməkdaşları xilasetmə işləri aparır.
Yanğın Azadlıq prospekti 36 ünvanındakı göydələndədir. Bir anda
başlayan və sürətlə bütün binanı saran yanğından xilas olmaq üçün
sakinlərdən bəziləri 2-3-cü mərtəbədən atılıblar.
Xəsarət alan yoxdur.
***
Fövqəladə Hallar Nazirliyi (FHN) Binəqədi rayonunda yaşayış
binasında baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, Fövqəladə Hallar
Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Binəqədi
rayonunda yaşayış binasında yanğın olması barədə məlumat daxil
olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə
Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və
aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğının söndürülməsi davam
edir. Əlavə məlumat veriləcək.