Yuxarı

Qubada 14 küçəyə şəhidlərimizin adları verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qubada 14 küçəyə şəhidlərimizin adları verildi

Quba şəhərində yeni abadlaşdırılan küçələrə Vətən yolunda şəhid olan 14 qəhrəmanın adları verilib.

Axar.az xəbər verir ki, rayon mərkəzində abadlaşdırılan 32-33-cü məhəllə yaşayış massivində küçələrdən birinə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun, digərlərinə isə Vətən Müharibəsində şəhid olan qubalı hərbçilərdən Mehrab Niftəliyev, Şahin Allahyarov (Vətən Müharibəsi Qəhrəmanı), Səddər Piriyev, Samir Süleymanov, Rəvan Əliyev, Murad Həbibov, İsmət Əliyev, Surxay Mehdiyev, Bəşir Abasov, Tamerlan Əliyev, Əli İbrahimov, Musa Məhəmmədov və Çingiz Mustafayevin adları verilib. Artıq küçələrə adların yazıldığı lövhələr də vurulub.

Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev də iştirak edib. Şəhidlərin valideynləri və yaxınları ilə həmsöhbət olub, şəhid və qazilərimizin daim diqqət mərkəzində olduğunu, dövlətin bu istiqamətdə işlərinin daimi olacağını bildirib.

Adları küçələrə verilən şəhidlərin valideynləri və yaxınları onlar üçün belə əlamətdar gündə respublika və rayon rəhbərliyinin yanlarında olmalarından məmnunluqlarını bildiriblər.

Qeyd edək ki, hazırda yaşayış massivində 22 küçə mövcuddur, küçələrin ümumi uzunluğu 16 kilometrdən çoxdur.

Tarix
2021.01.13 / 21:26
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla