Yuxarı

Nazirlikdən korona peyvəndi ilə bağlı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdən korona peyvəndi ilə bağlı - Açıqlama

Koronavirusa qarşı vaksinlər təlim kursu keçmiş tibb işçiləri tərəfindən vurulacaq. Peyvənd ediləcək poliklinikalarda tibb işçiləri seçilərək xüsusi kurslara cəlb olunub. Burada əsas məqsəd tələb olunan əhaliyə uyğun sayda tibb personalının olmasıdır.

Axar.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən COVİD-19-la mübarizə işçi qrupunun üzvü Aris Rüstəmov poliklinikalardakı peyvənd otaqları barədə danışarkən deyib.

O bildirib: “Vaksinasiya ilə bağlı poliklinikaya müraciət edən vətəndaşlar üçün bütün şərait və rahatlıq düşünülüb. Poliklinikaya daxil olduğumuz zaman xüsusi işarələr bizi birbaşa peyvənd olunacaq sahəyə yönləndirir. Peyvəndlər xüsusi ayrılmış peyvənd otaqlarında həkim nəzarəti altında ediləcək. Bu otaqların sayı qeydiyyat otağı, vaksinasiya otağı və müşahidə otağı olaraq ayrılıb. İlk öncə müraciət edən vətəndaş qeydiyyat otağında qeydiyyata alınır. Daha sonra vaksinasiya otağına ötürülür. Peyvənd olunduqdan sonra 30 dəqiqə ərzində vətəndaş müşahidə otağında yarana biləcək hər hansı bir əks təsirlə əlaqəli olaraq izlənməyə alınır. Bu müddət ərzində heç bir əlamət üzə çıxmazsa, vətəndaş evə buraxılır.

Peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq. Bu səbəbdən vaksinasiyadan öncə müvafiq olaraq sahə həkiminin yoxlanışından keçmək mütləqdir.

Bir xüsusi məsələ də peyvəndlərin doğru saxlanılmasıdır. Bunun üçün vaksinasiya həyata keçiriləcək bütün tibb məntəqələri soyuducular və termoçantalarla təmin edilib”.

Tarix
2021.01.15 / 18:44
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla