Yuxarı

YAP Vahid Rusiya Partiyasına etiraz məktubu göndərdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
YAP Vahid Rusiya Partiyasına etiraz məktubu göndərdi

Yeni Azərbaycan Partiyası Rusiya Dövlət Dumasının üzvü V.Milonovun Azərbaycana qarşı qərəzli çıxışları ilə əlaqədar Vahid Rusiya (Единая Россия) Partiyasına etiraz məktubu ünvanlayıb.

Axar.az məktubun mətnini təqdim edir:

“Bu günlərdə Rusiya Federasiyasının Dövlət Dumasının Vahid Rusiya Partiyasından olan üzvü Vitali Milonov bir sıra erməni və Rusiya mediasına müsahibəsi zamanı Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr səsləndirərək, açıq-aşkar qərəzli mövqe və nifrət sərgilənib.

Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi dövründə də V.Milonovun Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfəri Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurmuş, onun adı haqlı olaraq Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına daxil edilmişdir.

Görünən odur ki, V.Milonov özünün səhvlərindən nəticə çıxarmayaraq, Dumanın hakim partiyadan olan digər üzvü K.Zatulinin Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqeyini daha aqressiv şəkildə davam etdirməkdədir”.

YAP-ın etiraz məktubunda daha sonra bildirilir:

“Yeni Azərbaycan Partiyası Dövlət Dumasının üzvü V.Milonovun ölkəmizə qarşı təxribatçı davranışını və təhqiramiz çıxışlarını qətiyyətlə pisləyir və qeyd etməyi lazım bilir ki, bu cür hallar Azərbaycanla Rusiya arasındakı dostluq münasibətlərinin ruhuna tamamilə ziddir. Şübhə yoxdur ki, onun hərəkətləri Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında əldə olunmuş, regionda sülhə və inkişafa yeni imkanlar açan razılaşmalara kölgə salmaq məqsədi daşıyır.

Dövlət Dumasında hakim Vahid Rusiya Partiyasını təmsil edən V.Milonovun və K.Zatulinin Azərbaycana qarşı gizlədilməyən qeyri-dost münasibəti bizdə təəssüf doğurur. Onların məsuliyyətsiz bəyanatları ikitərəfli qaydada və beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edən partiyalarımızın xoş münasibətləri ilə bir araya sığmır.

Ümid edirik ki, Vahid Rusiya Partiyası və onun parlament fraksiyası partiyanın Rusiya Federasiyasının Dövlət Dumasındakı təmsilçilərinin gələcəkdə Azərbaycan Respublikasına qarşı bu cür düşünülməmiş və qərəzli bəyanatlar səsləndirməməsi üçün müvafiq tədbirlər görəcəkdir”.

Tarix
2021.01.28 / 16:33
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla