Yuxarı

İlham Əliyev 5 sərəncam imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:59

Prezident İlham Əliyev A.Q.Rəhimzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb,

Axar.az xəbər verir ki, sərəncama əsasən, Arif Qafar oğlu Rəhimzadə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin hakimi Daşqın Səfərovun vəzifəsinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

1. Daşqın Yaqub oğlu Səfərov Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

Prezident İlham Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təşkili haqqında sərəncam imzalayıb.

"Məhkəmə-Hüquq Şurasının təklifini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasında məhkəmə sistemini təkmilləşdirmək məqsədilə qərara alıram:

1. Sumqayıt şəhərində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil edilsin.

2. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasını müəyyən etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onun bina, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görsün;

3.2. maliyyə təminatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsilə həyata keçirilən məhkəmə aparatları işçilərinin ümumi sayının artırılmasını təmin etsin;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir", - sərəncamda qeyd olunub.

***

Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilsinlər:

Ağır cinayətlər məhkəmələri üzrə:

Lənkəran Ağır Cinayətlər Məhkəməsi

Əliyev Əli Abdulla oğlu

Səfərli Cavid Şamil oğlu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi

Əliyev Hafiz Samir oğlu

Hümbətov Fəhmin Zaur oğlu

İnzibati məhkəmələr üzrə:

Bakı İnzibati Məhkəməsi

Ağalarov Həmid Azər oğlu

Əhədova Aygün Əlqəmə qızı

Həsənov Orxan Xaqani oğlu

Salahova Səlma İsgəndər qızı

Sevdimalıyeva Günel Arif qızı

Sumqayıt İnzibati Məhkəməsi

Mirzəyeva Leyla Eytibar qızı

Şəki İnzibati Məhkəməsi

İsmayılzadə Fərid Sabir oğlu

Musayev Vüqar Ələkbər oğlu

Kommersiya məhkəmələri üzrə:

Bakı Kommersiya Məhkəməsi

Həsənova Ülkər Təhmasib qızı

Hüseynov Kənan Hüseyn oğlu

Şirvan Kommersiya Məhkəməsi

Abdullayev Elşən Uğur oğlu

Hərbi məhkəmələr üzrə:

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi

Orucəliyev Abil Elmar oğlu

Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:

Babək Rayon Məhkəməsi

İsmayıl Günay Mikayıl qızı

Naxçıvan Şəhər Məhkəməsi

Əliyeva Gülsüm Kamal qızı

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi

Kərimova Mahirə Nəzər qızı

Qurbanova Aygün Arzu qızı

Bakı şəhəri Xətai Rayon Məhkəməsi

Axundov Fuad Aydın oğlu

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi

Abidova Günay Çingiz qızı

İbadzadə Anar Qənimət oğlu

Bakı şəhəri Nizami Rayon Məhkəməsi

Əliyeva Qumru Yəhya qızı

Yusifova Ülkər Bayram qızı

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi

Cəfərli Nilufər Arif qızı

Mahmudova Həqiqət Sahib qızı

Bakı şəhəri Səbail Rayon Məhkəməsi

Səmədova Günel Kamil qızı

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi

Qafarova Rübabə Nurulla qızı

Bakı şəhəri Yasamal Rayon Məhkəməsi

Babazadə Gülnar Vidadi qızı

Xudayev Kərim Bahəddin oğlu

Rayon (şəhər) məhkəmələri üzrə:

Abşeron Rayon Məhkəməsi

Abbasova Məlahət Aslan qızı

Ağdaş Rayon Məhkəməsi

Sultanov Cavid Rizvan oğlu

Ağsu Rayon Məhkəməsi

Əsgərov Anar Əlifağa oğlu

Bərdə Rayon Məhkəməsi

Əhmədov Elsun Məzahir oğlu

Xaçmaz Rayon Məhkəməsi

Səmədzadə Sərxan Akif oğlu

İsmayıllı Rayon Məhkəməsi

Hüseynov İlqar Vidayət oğlu

Qazax Rayon Məhkəməsi

Məmmədov Fəxri Afiq oğlu

Quba Rayon Məhkəməsi

Seyidov Vüqar Mircuma oğlu

Masallı Rayon Məhkəməsi

Quliyev Ceyhun Əmir oğlu

Saatlı Rayon Məhkəməsi

Sadıqov Mirlətif Süleyman oğlu

Sumqayıt Şəhər Məhkəməsi

Hüseynov Elmir Xoşbəxt oğlu

Şamaxı Rayon Məhkəməsi

İsmayılov Natiq Əvəz oğlu

Şəmkir Rayon Məhkəməsi

Musayev Taleh Valeh oğlu.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 15 illiyi münasibətilə Azərbaycan Respublikasında gender problemlərinin həlli və sosialyönümlü siyasətin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Tərəqqi” medalı ilə

Əliyeva Kamila Ağadadaş qızı

Sadıqova Zülfiyyə İsa qızı

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Alışanova Şölə Tofiq qızı

Haqverdiyeva Kəmalə Kamil qızı

Həsənov Zöhrab Məhyəddin oğlu

Məmmədov Seymur Qurban oğlu.

Tarix
2021.02.03 / 19:18
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistanın Azərbaycanı bir güllə atmadan məhv etmək "planı"

Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok

Azərbaycan-Rusiya münasibətləri müzakirə olundu

Prezident Samir Nuriyevə yeni vəzifə verdi - Sərəncam

Azərbaycan XİN Danimarkanı təbrik etdi

Paşinyan 3-cü savaşa başladı, ermənilərə çağırış etdi

Mişustin Azərbaycanı da bu sistemə qoşulmağa çağırdı

Arxivdən Bakıya material ötürülüb? – İrəvan casus axtarır

Deputatdan müjdə: Bu, maaşların artmasına səbəb olacaq!

Əli Əsədov Düşənbədə mühüm görüşdə iştirak edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla