Yuxarı

Vilayət Eyvazov Sadiq Gözəlovu təltif etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun sabiq icraçı direktoru, DİN-in Mətbuat Xidmətinin keçmiş rəisi, təqüddə olan polis polkovniki Sadiq Gözəlovu qəbul edib.

Axar.az Report-a istinadən xəbər verir ki, nazir onun polis əməkdaşlarının fədakar fəaliyyətinin KİV-də təbliğ edilməsi və ictimaiyyətə obyektiv çatdırılmasında xüsusi əməyini xatırladaraq, gənc əməkdaşlara nümunə olacaq xidmət yolu keçdiyini bildirib.

Daha sonra V.Eyvazov təqaüddə olan polkovnikə uzun illər qüsursuz xidmətlərinə görə təltif olunduğu Daxili İşlər Nazirliyinin (DİN) “Fəxri fərmanı”nı təqdim edib.

Qeyd edək ki, S.Gözəlov daha əvvəl DİN-in Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2017-ci ildə həmin vəzifəsindən təqaüdə göndərilərək Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun icraçı direktoru təyin edilib.

Əməkdar jurnalistin fevralın 11-də 65 yaşı tamam olub. O, Əmək Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq çalışmanın yaş həddinə çatdığına görə təqaüdə göndərilib.

Tarix
2021.02.19 / 09:53
Müəllif
Axar.az
Digər xəbərlər

Sahibə Qafarova Roma Papasının dəfn mərasimində - Foto

İrandan Pezeşkianın Bakı səfəri barədə yeni açıqlama

Müqavilə mayın 9-da imzalanacaq? – Nikoldan reaksiya

Xankəndi Gənclər Paktı imzalanacaq - XİN açıqladı

Bir neçə aydan sonra yenidən Çinə səfər edəcəyəm

Azərbaycan və Pakistan XİN başçıları danışdı

150 milyon çinli turistin cəmi 1%-i Azərbaycana gəlsə... - Prezident

Elə mühit yaradır ki, sanki köhnə dostunuzla danışırsız - Prezident

Azərbaycan dəyişdi, amma prioritetlər yox - Prezident

Onların da dost olmasına ehtiyacımız var - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla