Yuxarı

Xəzərin sahili niyə donub? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzərin sahili niyə donub? - Açıqlama

09:52

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Xəzər dənizinin ləpədöyən hissəsində donma halının olmasına münasibət bildirib.

Axar.az xəbər verir ki, İnstitutun direktoru Ramiz Məmmədov Report-a açıqlamasında Şabran rayonunun Qilqilçay ərazisində Xəzər dənizinin ləpədöyən hissəsinin buz bağlamasının qeyri-adi hal olmadığını bildirib.

O, bunu havanın temperaturunun mənfi 10 dərəcəyə qədər aşağı düşməsi ilə əlaqələndirib:

“Dənizin ləpədöyən hissəsinin buzlaşdığı həmin ərazi Xəzərin nisbətən dayaz yerləridir. Dayaz yerlərin də aşağı temperaturlarda donma ehtimalı daha yüksəkdir. Açıq dənizə hərəkət etsəniz görəcəksiniz ki, orada heç bir donma halı yoxdur”.

R.Məmmədov eyni zamanda soyuq hava şəraitinin üstünlük təşkil etməsinin səbəblərini də açıqlayıb: "Bunların hamısı iqlim dəyişmələrinin nəticəsi və təzahürüdür. Ekstremal halların həm sayı, həm də tezliyinin və diapazonun təkrarlanma sayı artacaq. Yəni fəlakət gətirəcək təbii hadisələrin sayı çoxalacaq. Misal olaraq, əvvəl bu say 5-10 aralığında idisə, bundan sonra 25-ə qədər artacaq. Yəni bundan sonra sürüşmələr, zəlzələlər, uçqunlar və s. təbii hadisələr çox olacaq. Odur ki, insanlar, xüsusilə də sahil zonasında yaşayanlar buna qarşı müəyyən hazırlıqlar görməlidir”.

Tarix
2021.02.25 / 13:13
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla