Yuxarı

TamKart sahibləri üçün üstünlük: ƏDV faizləri...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
TamKart sahibləri üçün üstünlük: ƏDV faizləri...

Azərbaycan Beynəlxalq Bankının TamKart debet və ya kredit kart məhsuluna sahib olan şəxslər indi böyük bir üstünlük də qazanır.

Axar.az xəbər verir ki, bankın elan etdiyi yeni kampaniya çərçivəsində TamKart sahiblərinin ƏDV faizlərini geri almaq üçün hər ödənişdən sonra 30 günədək gözləmələrinə gərək yoxdur. Müştəri TamKart sahibi olduqda onun 100 manatadək bütün ödəniş qəbzlərinin ƏDV faizi “ƏDV geri al” kartına dərhal daxil olur.

Bunun üçün müştəri sadəcə alış-verişdən sonra ona verilmiş qəbzi https://edvgerial.ibar.az portalında və ya IBA Mobile tətbiqində oxutmalıdır. Müştərinin bu kampaniyadan yararlanmaq üçün sadəcə TamKart debet və ya kredit kart sahibi olması yetərlidir. Onun alış-verişlərinə görə ödənişləri TamKartla aparması mühüm deyil. Kampaniya TamKart sahibinin həm müxtəlif kartlarla apardığı nağdsız alış-verişlərin, həm də nağd ödənişlərin ƏDV faizlərinə aiddir. Nağd ödənişlərdə ƏDV faizinin 10%-i, nağdsız ödənişdə isə 15%-i geri qayıdır. TamKartlılar üçün keçirilən bu kampaniya 6 aprel tarixinədək davam edəcək.

Bu kampaniyadan bütün TamKart sahibləri faydalana bilər. Bunun üçün sadəcə IBA Mobile tətbiqini yükləyərək ƏDV faizlərini bu tətbiq vasitəsilə, yaxud https://edvgerial.ibar.az portalı üzərindən geri almaq lazımdır. Bu vasitələr ƏDV faizlərini geri almağın ən rahat yoludur. Müştəri hər alış-veriş zamanı ona verilmiş kassa qəbzinin üzərindəki QR kodu mobil tətbiqdə oxudur, yaxud fiskal kodu daxil edir. Bunun üçün 90 dəqiqə gözləməyə gərək yoxdur. Qəbzi sistemə dərhal əlavə etmək olar.

Geri qayıdan ƏDV faizləri müştərinin virtual kart hesabında toplanır, ona bu barədə bildiriş gəlir. Kartda toplanmış vəsaitlərlə elə IBA Mobile tətbiqi üzərindən müxtəlif ödənişlər, köçürmələr və başqa əməliyyatlar aparmaq mümkündür.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2021.03.06 / 01:14
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Almaniya kansleri ilə danışdı

Bayramovdan Arakçıya: Araşdırma tamamlanmalıdır!

Qurbanqulu Berdiməhəmmədov Bakıya gələcək

Sikorski Azərbaycana dron hücumlarını pislədi

Laricani öldürüldü - Katz elan etdi

Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...

Milli Məclisin iclası başladı

Bayramov pakistanlı həmkarı ilə danışdı

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla