Yuxarı

Millət vəkili iki azyaşlını qətlə yetirən anadan yazdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili iki azyaşlını qətlə yetirən anadan yazdı

Tovuzda bir ana iki azyaşlı qızını öz əlləri ilə boğaraq öldürüb. Daha sonra isə öz ürəyinə zərbə endirib.

Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin Tovuzdan olan deputatı Qənirə Paşayeva Feysbuk səhifəsində yazıb.

Millət vəkili Ayan və Aişə bacılarını qətlə yetirən ananın psixoloji problemləri olduğunu qeyd edib:

"Tovuzda neçə ana məndən - bəlkə daha çox məlumatlı ola bilərəm deyə - bu dəhşətli hadisənin səbəblərini soruşurdu. Son aylarda bizi çox ciddi sarsıdan hadisələrdən biri oldu. Bu dəhşətli bir cinayətdir, bir ananın öz övladlarını öz əlləri ilə boğub öldürməsi duyduğum ən dəhşətli hadisələrdəndir. Sosial problemlər, çətinliklər ola bilər, amma bunlar bir anaya övladlarını öz əlləri ilə boğub öldürməsi üçün əsas ola bilməz. Görünən odur ki, söhbət həm də ciddi psixoloji problemlərdən də gedir. İntihara cəhd etməzdən öncə yazdığı məktubdakı bəzi sözlər isə insanı dəhşətə gətirir".

Ananın son məktubunda belə deyilir:

"Mən həyatdan bezmişəm. Belə yaşamaq istəmirəm. Mən şeytanın yolu ilə gedirəm. Uşaqları da özümdən sonra heç kimə əmanət etmirəm".

Xatırladaq ki, millət vəkili Fazil Mustafa da bu mövzuda yazdığı yazıda cəmiyyəti olaya ciddi reaksiya verməyə səsləmişdi.

Tarix
2015.06.07 / 12:49
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla