Axar.az
Yuxarı

Axar.Az Logo

Polis əməliyyat keçirdi: narkotacirlər saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şəki şəhər sakini DİN, Mingəçevir şəhər sakini Feruz paşayev və Göyçay rayon sakini Emil Eyubov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, şəxsi axtarış keçirilən zaman Pərviz Salamovun üzərindən çəkisi 17, 481 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Feruz Paşayevin idarə etdiyi “Kia-Rio” markalı avtomobilə baxış keçirilən zaman oradan 1 kq 85 qram narkotik vasitə olan heroin və 5 kq 600 qram çəkidə nakotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı P.Salamov narkotik vasitəni, hələlik kimliyi istintaqa məlum olmayan İran vətəndaşından sifariş etdiyini və Gəncə şəhər ərazisindən götürdüyünü bildirib.

Şöbə əməkdaşlarının keçirdikləri daha bir uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə hesab olunan tiryək qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, müştəri qismində “Opel” markalı taksiyə əyləşərək Bakı şəhər istiqamətində hərəkətdə olan, Abşeron rayon sakini Rais İbrahimov Hacıqabul rayonu ərazisində saxlanılıb. Onun əlindəki sellofan torbaya baxış keçirilən zaman 5 ədəd politelen bükümlərdə ümumi çəkisi 4 kq 175 qram narkotik vasitə olan tiryək aşkar edilirək götürülüb.

Hər iki fakt üzrə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Tarix
2021.04.19 / 09:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Polkovnik-leytenant Elçin Əliyev vəfat etdi

Ordumuz Naxçıvanda təlimlərə başladı - Video

Buraxılış imtahanlarının nəticələri açıqlandı

Qarabağa getmək üçün icazə necə verilir? - DİN açıqladı

Bank rəsmisinin intihar səbəbi: oğluna görə...

YAP-ın Mərkəzi Aparatında yeni təyinat

Zakir Həsənov məruzələri dinlədi, tapşırıq verdi

“Nar” komandası “Breyn Rinq” yarışının yarımfinalına çıxdı

DİN polis serjantını qanunsuz olaraq cəzalandırıb? - Rəsmi

Bank müdirinin intiharı ilə bağlı rəsmi - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla