Yuxarı

Rəhbər şəxslər bir araya gəldi - İclas

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəhbər şəxslər bir araya gəldi - İclas

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının (MŞ) ikinci iclası keçirilib.

Fonddan Axar.az-a bildirilib ki, onlayn formatda keçirilən iclasda Müşahidə Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarov, MŞ-nin üzvləri — Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin deputatı, Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev, Milli Məclisin deputatı Fatma Yıldırım, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla və Azərbaycanın xalq artisti Alim Qasımov iştirak ediblər.

İclasda həmçinin Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev də iştirak edib.

Prezident İlham Əliyevin Fondun qarşısında qoyduğu vəzifələri müzakirə edən tədbir iştirakçıları işğaldan azad edilmiş ərazilərin dirçəlişinə töhfə verə biləcək dayanıqlı bir təşkilatın yaradılmasının zəruriliyini xüsusilə vurğulayıblar.

Fondun aparatının təşkilatı strukturunun və ştat cədvəlinin layihələri, habelə Fondun Fəaliyyət Planı, Əməliyyat büdcəsi və 2021-ci il üçün İnvestisiya Siyasəti Müşahidə Şurasının üzvlərinin diqqətinə çatdırılıb.

Bu sənədlərin əsasını dövlət başçısının fərmanlarından irəli gələn tapşırıqlar, eləcə də qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ biləcək dayanıqlı bir təşkilatın yaradılması məqsədilə istifadə edilən müasir korporativ idarəetmə prinsipləri təşkil edib.

Bundan sonra MŞ üzvlərinin səsverməsi keçirilib və təqdim olunan sənədlərin layihələri təsdiq edilib.

Müşahidə Şurasının üzvlərinə həmçinin Qarabağın erməni işğalı nəticəsində dəymiş ziyana dair 10 mindən artıq foto-sübutun yer aldığı "Karabakh Center" portalının layihəsi də təqdim edilib.

Burada dağıdılmış yüzlərlə binanın, Azərbaycan xalqının tarixi, memarlıq, dini, mədəni abidələrinin fotoşəkilləri, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və səbəbləri ilə bağlı eksklüziv materiallar yerləşdirilib. Portala daim yeni materiallar əlavə olunacaqdır.

Portal Azərbaycan və rus dillərində hazırlanıb, ingilisdilli versiyası üzərində iş isə yaxın zamanda yekunlaşdırılacaqdır. Gələcəkdə bütün materialların bir neçə digər dillərə tərcüməsi və İnternetdə, xüsusilə dəsosial şəbəkələrdə fəal şəkildə təbliği planlaşdırılır.

Portal yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək.

"Karabakh Center" portalı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılıb.

İclas iştirakçıları Prezident İlham Əliyevin Fərmanına əsasən Qarabağ Dirçəliş Fondunun yaradılmasının xüsusi əhəmiyyətini bir daha vurğulayıb və Fondun qarşısında qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliklərini ifadə ediblər.

Tarix
2021.04.22 / 11:29
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadakı azərbaycanlılar ölkədən köçür? - Qisas planı

4 min azərbaycanlının taleyindən xəbər yoxdur - XİN

BTQ Kanakinin müstəqillik tərəfdarlarını təbrik etdi

İlham Əliyev Delsi Rodrigesə başsağlığı verdi

Bayramov qazaxıstanlı həmkarı ilə danışdı

Rusiyadan baxış: Azərbaycanın ən böyük üstünlüyü...

Ermənistan İsrailin bu oyununda yoxdur - Melkonyan

Milli Məclisin növbəti iclası başladı

Ermənistan bu məlumatları təqdim etmir – DTX

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla