Yuxarı

Şahdağa qar yağdı – Faktiki hava

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahdağa qar yağdı – Faktiki hava

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a bildirilib ki, mayın 2-si saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, əsasən şimal və qərb rayonlarında intensiv olub, Şahdağda qar yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-4, Naxçıvan MR-da 6-13, Naxçıvanda 42 (aylıq normanın 106 faizi), Şərurda 20 (aylıq normanın 44 faizi), Kiçik Qafqazda 3-16, Göygöldə 42 (aylıq normanın 39 faizi), Böyük Qafqazda 1-14, Zaqatalada 26 (aylıq normanın 21 faizi), Qusarda 23 (aylıq normanın 42 faizi), Qazax-Gəncədə 7-9; Mərkəzi-Aranda 1-9, Lənkəran-Astarada:1-6 mm təşkil edib.

Qar örtüyü əmələ gəlib, hündürlüyü Şahdağda 1 sm olub. Mayın 1-i saat 16:20 radələrində Naxçıvana diametri 6 mm olan dolu yağıb.

Respublikanın daxili çaylarında yağan leysan yağışlarla əlaqədar çaylarda sululuq artıb, mayın 2-də Kiçik Qafqazın ərazisindən axan Qoşqarçayda suyun səviyyəsində 47, Kürəkçayda 25, Əsrikçayda 23, Zəyəmçayda 17, Gəncəçayda 13, Axınçaçayda 12 sm artım, Böyük Qafqazın ərazisindən axan Vəlvələçayda, Gilgilçayda, Harmidorçayda 2, Qudiyalçayda isə 1 sm artım müşahidə olunub.

Tranzit çaylarda mayın 2-də Araz çayının Qıvraq məntəqəsində (Naxçıvan MR) suyun səviyyəsində 40, Kür-Qıraqkəsəməndə 18, Qanıx-Cəlayirdə isə 17 sm artım müşahidə olunub. Mayın 2-də Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 3, Şirvanda 2 sm artıb, Bankə məntəqəsində isə səviyyə dəyişməyib.

Tarix
2021.05.02 / 12:43
Müəllif
Axar.az
Digər xəbərlər

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: təhlükə...

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

Bakıda pul tapıb telekanala məlumat verdi, cəzalandırıldı

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

İlham Əliyev və Pelleqrinin geniş tərkibdə görüşü oldu

Ötən il ilk dəfə Bakı qazı bu ölkəyə ixrac olunub - Prezident

Əliyev slovakiyalı həmkarını Azərbaycana səfərə dəvət etdi

Bratislava-Bakı aviareysi açıla bilər

İlham Əliyev Slovakiya prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla