Yuxarı

Gömrükdə əməliyyat: 244 kq heroin aşkarlandı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrükdə əməliyyat: 244 kq heroin aşkarlandı - Video

Gömrükçülərin həyata keçirdiyi daha bir əməliyyat uğurla nəticələnib.

Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, 244 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.

Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcüstana "Bitum membranı" yükü aparan DAF markalı, WE261EW/UU260V dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və gömrük nəzarətinə cəlb edilib.

Sürücü idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını bildirib. Lakin avtomobil yoxlanılarkən kinoloji xidməti it yük maşınının qoşqusunun ətraflarına reaksiya verib. Sonra avtomobil stasionar rentgen qurğusundan keçirilib. Rentgen qurğusunda isə şübhəli cizgilər müşahidə edildiyindən həmin nəqliyyat vasitəsinin yükü boşaldılaraq əsaslı şəkildə yoxlama aparılıb.

Təkrar yoxlama zamanı avtomobilin qoşqusunun altında kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən 480 ədəd bağlama, həmin bağlamalarda isə qablaşdırılma ilə birgə çəkisi 244 kq 344 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, son iki həftə ərzində gömrükçülərin həyata keçirdiyi əməliyyatlar nəticəsində 5 fakt üzrə 730 kq 788 qram çəkidə narkotik vasitələrin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.

Tarix
2021.05.03 / 14:17
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla