Yuxarı

İki azyaşlının qətlinə DİN-dən reaksiya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki azyaşlının qətlinə DİN-dən reaksiya

Daxili İşlər Nazirliyi (DİN) Gəncədə iki azyaşlının qətlə yetirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

APA-nın sorğusuna cavab olaraq, DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov bildirib: "Bu gün bəzi xəbər saytları aidiyyatı dövlət orqanları ilə heç bir dəqiqləşdirmə aparmadan dünən baş vermiş bir cinayət barədə təhrif olunmuş xəbərlər yayıblar. Guya, iki nəfər maskalı şəxs Gəncə şəhər sakini olan bir nəfərin yaşadığı mənzilə pəncərədən daxil olaraq onun iki azyaşlı oğlanlarınin başlarını kəsiblər.

Törədilmiş ağir cinayət barədə belə yanlış və tükürpədici ehtimallar əsasında tez-tələsik xəbər hazırlayaraq onu ictimailəşdirmək, sözsüz ki, vətəndaşlar arasında əsassız narahatlığa səbəb olur. Bunu nəzərə alaraq bildirmək istəyirəm ki, bəli, iyunun 20-də Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini Ramal Əliyevin yaşadığı mənzildə naməlum şəxsin onun iki azyaşlı övladını bıçaqla qətlə yetirməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları orada bıçaq xəsarətləri almış uşaqlardan birinin artıq ölməsini, digərinin isə ağır vəziyyətdə olmasını aşkar ediblər.

Faktla bağlı dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılıb və həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətin sırf ailə-məişət münaqişəsi zəminində Ramal Əliyevin həyat yoldaşı, yəni uşaqların doğma anası olan Sədaqət Babayeva tərəfindən törədilməsi müəyyən edilmiş və o şübhəli şəxs qismində saxlanılıb. Qadın ilkin ifadəsində törətdiyi cinayəti də tam etiraf edib. Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Tarix
2015.06.21 / 16:47
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla