Yuxarı

Axtarışa verilən tanınmış meyxanaçı Rusiyada - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Axtarışa verilən tanınmış meyxanaçı Rusiyada - Video

Bakı şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verilən tanınmış meyxanaçı Vahid Qədimin sorağı Rusiyadan gəldi.

Publika.az-ın əldə etdiyi məlumata görə, dələduzluqda təqsirləndirilən meyxanaçı iki ildən artıqdır ki, Rusiyada yaşayır. Məlumatı meyxanaçının sənət dostları da təsdiqləyib.

Tanınmış meyxanaçı Ağamirzə Məmmədov Vahid Qədimin iki ildən artıqdır ki, Rusiyada yaşayıb, sənətlə məşğul olduğunu bildirib: "Vahid iki ildən çoxdur ki, Bakıda yaşamır. Ailəsi ilə birgə Rusiyaya köçüb, ordan sorağını da alırıq. Eşitdiyimizə görə, Vahid orda da meyxanaları ilə məşhurdur, sevilir. Amma burdan niyə köçüb getdiyinin səbəbini bilmirəm".

Qeyd edək ki, Azərbaycanın tanınmış meyxanaçısı axtarışa verilib. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 1973-cü il təvəllüdlü Səfərov Vahid Ağabala oğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.

Meyxana aləmində Vahid Qədim kimi tanınan V. Səfərov bu ilin yanvarından axtarışa verilib.

Qeyd edək ki, Vahid Qədim bir müddət öncə də polislə qarşı-qarşıya gəlib. O, "Bacım oğlu" adlı meyxanasına çəkdirdiyi klipində polisin tətbiqindən yayınmağa çalışıb.

Tarix
2015.06.29 / 20:02
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla