Yuxarı

Metroda müəmmalı boşaldılmanın səbəbi – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metroda müəmmalı boşaldılmanın səbəbi – Rəsmi

"Qatarlar boşaldıldıqdan sonra içəridə sərnişin qalıb-qalmadığını yoxlamaq üçün bizim əməkdaşlar və platformadakı polislər vaqona baxış keçirib".

Bu barədə Axar.az-a Metropolitendə qatarların boşaldılaraq yoxlanılıb yola salınmasına aydınlıq gətirərkən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib:

"43 saylı marşrut "Həzi Aslanov" – "Dərnəgül" istiqamətində hərəkətdə olarkən nasazlıq yarandığı üçün qatar Depoya göndərilib. "Qara Qarayev" stansiyasında sərnişinlər boşaldılıb və qatar birbaşa Depoya gedib. Depoya göndəriləcək qatarda sərnişinlərin olması mümkün deyil. Qatar boş olmalıdır. Ona görə də stansiyada sərnişinlər boşaldılıb. Qatarlar boşaldıldıqdan sonra içəridə sərnişin qalıb-qalmadığını yoxlamaq üçün bizim əməkdaşlar və platformadakı polislər vaqona baxış keçirib. Narahatlığa heç bir əsas yoxdur".

Qeyd edək ki, metronun "Qara Qarayev" stansiyasında sərnişinlər qatardan çıxarılıb. Polislər vaqonlara daxil olaraq yoxlanışa başlayıblar. Yoxlama başa çatdıqdan sonra qatar boş yola salınıb.

Daha sonra növbəti qatarda yoxlanışlar təkrarlanıb. Həmin qatar da yoxlama başa çatandan sonra boş vəziyyətdə yola salınıb. Yoxlama prosesi 15 dəqiqə davam edib.

Tarix
2015.06.30 / 17:35
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

İlham Əliyev Şahbaz Şəriflə danışdı

ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?

İsrail səfirliyi Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla