Yuxarı

Bakıda bu küçə əsaslı təmir olunur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu küçə əsaslı təmir olunur

Dövlət başçısının Bakı şəhərində rahat gediş-gəlişin təmin olunması məqsədi ilə küçə və yolların təmir edilməsi istiqamətində verdiyi tapşırıqlara əsasən, hazırda Nizami rayonu Əliağa Kürçaylı küçəsinin Şirin Mirzəyev küçəsindən Məmmədəli Şərifli küçəsinə qədər olan hissəsində təmir işləri icra olunur.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 600 metrə qədər təşkil edir ki, hazırda burada təmir işləri son mərhələdə aparılır.

Aparılan təmir işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Frezlənmiş əraziyə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənib. Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub. Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenisi ilə əvəz edilib.

Anoloji təmir-tikinti işləri rayonun Mikayıl Əliyev küçəsinin Babək prospektinə qədər olan 600 metr uzunluğa malik hissəsində də aparılır.

Qeyd edək ki, cari ildə İnvestisiya Proqramına uyğun olaraq Nizami rayonu üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğui 6 km təşkil edən küçə və yol təmir edilir.

Tarix
2021.06.24 / 21:33
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

İlham Əliyev Pezeşkiana təşəkkür etdi

Bakıdakı “yəhudi”nin qurbanları - Sensasion adlar

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyinə qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla