Yuxarı

Həkim xəstəxananın hovuzunda boğulub öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həkim xəstəxananın hovuzunda boğulub öldü

Göyçay Mərkəzi Rayon Xəstəxanasının (MRX) ərazisində meyit tapılıb.

APA-nın xəbərinə görə, Göyçay şəhəri Sabir küçəsi 16 saylı ünvanda yaşayan, 1961-ci il təvəllüdlü Məmmədov Mehman Arif oğlu gecə saatlarında xəstəxananın həyətindəki su hovuzuna düşərək köməksiz vəziyyətdə qalıb və boğularaq ölüb.

Göyçay MRX-da və Bioloji Təbabət Klinikasının Göyçay filialında həkim rentgenoloq işləyən Mehman Məmmədovun meyiti bu gün səhər saat 9:00 radələrində sudan tapılaraq çıxarılıb.

Meyit hazırda Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsində müayinə edilir.

Suda boğulan həkimin üzərində ilkin yoxlama zamanı zorakılıq əlamətləri aşkar edilməyib.

İki uşaq atası olan, 20 ildən çoxdur, Göyçay MRX-da həkim işləyən Mehman Məmmədovun ölümünün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Tarix
2015.07.09 / 11:04
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla