Yuxarı

Ağdamda şantaj yolu ilə pul tələb edən saxta jurnalist... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdamda şantaj yolu ilə pul tələb edən saxta jurnalist... - Video

2021.09.01, 19:32

Özünü televiziyalardan birinin əməkdaşı kimi təqdim edərək iaşə obyektlərinə daxil olaraq ayrı-ayrı vətəndaşlardan şantaj yolu ilə pul tələb edən şəxs barəsində Ağdam Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında aparılan araşdırmaların təfərrüatı məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, Bərdə rayonunda yaşayan Fəxri Əliyev Bərdə və Ağdam rayonlarında yerləşən iaşə obyektlərinə daxil olaraq özünü televiziya əməkdaşı və eləcə də, səlahiyyətli şəxs kimi təqdim edərək şantaj yolu ilə pul tələb etdiyi müəyyən edilib.

Belə ki, Bərdə rayonunda daxil olduğu aptekdə özünü səlahiyyətli şəxs kimi təqdim edib, maskadan istifadə edilmədiyini səbəb göstərərək 1400 manat məbləğində pul tələb edib.

Bundan başqa F.Əliyev Ağdam rayon ərazisində yerləşən marketlərdən birinə daxil olub və özünü televiziya əməkdaşı kimi təqdim edib. Obyekt daxilində tibbi maskadan istifadə edilmədiyinə dair video görüntüləri silmək üçün 50 manat məbləğində pul tələb etdiyi də müəyyən edilib.

Müəyyən edilən faktlarla bağlı şikayətçilərin ərizələri alınıb. F.Əliyev Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun digər analoji əməllərinin olub-olmaması istiqamətində tədbirlər davam etdirilir.

Tarix
2021.09.02 / 11:22
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla