Yuxarı

Marketlərdə sürətli bahalaşma gedir. Səbəb nədir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə fəaliyyət göstərən marketlərdəki süni bahalaşma vətəndaşların gündəlik rastlaşdıqları problemdir. Xüsusən “Araz” supermarketlərində, “Rahat”, “Bizim market”də bu cür süni qiymət artımları ilə ay ərzində tez-tez rastlaşırıq. 8 qəpiyə satılan yumurta bu il 14-16 qəpikdən aşağı düşməyib. Şorun 400 qramı 1 manat 75 qəpik idisə, hazırda 2 manat 35 qəpikdir. Litri 2 manat 35 qəpiyə olan qarğıdalı və günəbaxan yağları isə 4 manat 20 qəpik, bəzi marketlərdə 4 manat 60, hətta 5 manatdan yuxarı satılır. “Belarus” kərə yağını 9,5 manata aldığımız “Araz” supermarketdə bu yağın qiyməti 15 manata yaxınlaşıb. Bu cür sürətli bahalaşmanın səbəbləri nədir?

Bununla bağlı Axar.az-a açıqlama verən Azad İstehlakçıları Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, süni bahalaşmanın əsas səbakarlarından biri marketlərdir:

“Az adama məlumdur ki, marketlər istehsalçılara, mal təchizatçılarına hər taxçanı qarış-qarış satmaqla onlardan külli miqdarda pul alırlar. İstehsalçılar da verdikləri qeyri-qanuni pulları malların üzərinə gəlir. Beləliklə, süni qiymət artımı baş verir. Bu çox gizli məsələdir. Market sahibləri bunu tam gizlədirlər. Marketlərdə 20000-dən çox mal var. Hər taxçanı qarış-qarış satanda, görün bu, nə qədər pul edir. Bunlar vergidən gizlədilən pullardır. Taxçaların satılması məsələsinə son qoyulmalıdır”.

E.Hüseynov qeyd edib ki, “sosial çörək” deyilən zavod çörəyinin qiymətinin sabit saxlanılması üçün dövlət iş aparır:

“Azərbaycanda bir dəfə artan qiymət daha enmir, əksinə, davam edir. Keçən ilin müvafiq dövrünə nisbətən götürsək, 20-25% qiymət artımı mövcuddur. Müxtəlif marketlərdə qiymət müxtəlif ola bilir. Bu, yenə də istehsalçının və satıcının özündən asılıdır. Market sahiblərinin istehsalçılardan aldığı pullar ya leqallaşdırılmalı, ya da buna son qoyulmalıdır. Nazirlər Kabineti marketlərlə bağlı xüsusi qərar qəbul etməlidir. Yalnız bu halda qiymət düşər, keyfiyyət qalxar”.

Ekspertin sözlərinə görə, Azərbaycan bazarı nəzəri cəhətdən dünya bazarına inteqrasiya olunmuş bazar olsa da, bu, süni inteqrasiyadır:

“Dünya bazarında malın qiyməti qalxanda Azərbaycan bazarı buna bir neçə gün öncədən reaksiya verir. Lakin endirim olanda Azərbaycan bazarı buna reaksiya vermir. Bunu ümumdünya maddi böhranında da gördük. Təsadüfi deyil ki, cənab Prezident bütün iqtisadi yığıncaqlarda ölkədə qiymətlərin sövdələşmə əsasında formalaşması, eləcə də inhisarçılıq barədə məsələlərin mövcud olduğunu dilə gətirir, tapşırıqlar verir. Təəssüf ki, buna nəzarət edən aidiyyəti qurumlar effektli iş aparmır. İllərdir ölkədə Antiinhisar Məcəlləsi qəbul olunmur. İstehlakçı hüquqlarını qoruyan dövlət orqanına xüsusi əlahiddə səlahiyyətlər verilməlidir. Onların yoxlama imkanları olmalıdır”.

Tarix
2021.09.09 / 10:42
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Hücum varsa, Rusiya hava məkanını niyə bağlamır?

Qəzaya uğrayan təyyarədə atəş izlərinin olmasına reaksiya

Buna görə Azərbaycana etiraz etməyəcəyik - Bozumbayev

Ölənlərin nəşi və yaralılar nə vaxt ölkəyə gətiriləcək?

Baş Prokurorluq qəzada zərərçəkmişlərlə bağlı məlumat yaydı

Rumen Radev təyyarə qəzasından yazdı

Qəzaya uğrayan təyyarənin üç ekipaj üzvü sağ qaldı

Kobaxidze İlham Əliyevə başsağlığı verdi

Azərbaycan nümayəndə heyəti yaralıları ziyarət etdi - Video

Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla