Yuxarı

“Nar”dan ADAMUN Gənclər Forumu ilə bağlı dəstək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar”dan ADAMUN Gənclər Forumu ilə bağlı dəstək

Gənclərin bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verən “Nar” ADA BMT Modeli Klubunun (ADAMUN) təşkilatçılığı ilə keçirilən Gənclər Forumuna dəstək olub.

Axar.az xəbər verir ki, forumun məqsədi gənclərin üzləşdikləri problemlərin mütəxəssislər tərəfindən işıqlandırılması, gənclərlə birlikdə müzakirə və təhlilinin həyata keçirilməsi, eləcə də gənclərin bu problemləri həll etməyə yönəlmiş təkliflərinin irəli sürülməsində birbaşa iştirakının təmin olunmasıdır.

Qeyd edək ki, 3 gün davam edən forumda gənclər komandalara bölünərək, müxtəlif layihə ideyaları üzərində araşdırma və müzakirə aparıb, layihə təkliflərini hazırlayıb və təqdimatını ediblər. Təqdimatların sonunda ən yüksək nəticə göstərmiş 3 layihə və müəllif komandalar mükafatlandırılıb.

Xatırladaq ki, ADA BMT Modeli klubu (ADAMUN) 2012-ci ildən fəaliyyət göstərir və ölkə daxilində minlərlə gəncin inkişafına töhfə verib.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91 faizini əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Tarix
2021.09.13 / 19:59
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla